Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycanda peşə tələbələri üçün onlayn tədrisə keçidi təşviq edir



Newscenter.az.2.04.2020. Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda peşə təhsili müəssisələrinin tələbələri üçün dərslərin çəkilişi həyata keçirilir. Newscenter.az-a daxil olan məlumata görə, koronavirus pandemiyası dövründə tələbələrin tədrisdən geri qalmamaları üçün bu dərslər milli telekanallarda yayımlanacaq.
Dərslər geyim üzrə dizayner, mebel istehsalı, informasiya texnologiyaları və proqramlaşdırma, eləcə də digər istiqamətlər üzrə peşə təlimlərini əhatə edir. Adıçəkilən dərslər Mədəniyyət televiziya kanalının "Dərs vaxtı" verilişində 3 aprel 2020-ci il tarixindən başlayaraq saat 16:30-da yayımlanacaq və digər rəqəmsal platformalarda da mövcud olacaq.

Teledərslər hər kəsin, xüsusən də ölkənin daha ucqar ərazilərində internetə çıxışı olmayan tələbələrin təhsilinə dəstək olacaq. Bütün dərslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin VIDEO.EDU.AZ portalına yerləşdiriləcək.

Dərslər, Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Lənkəran İqtisadi Rayonunda Regional Model Peşə Təhsili Mərkəzinin Yaradılması” və “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihələri çərçivəsində hazırlanıb.

2018-ci ildən bəri Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində dülgər, üzlükçü-dizayner, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, həmçinin Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində geyim üzrə dizayner, isitmə və soyutma sistemlərinə xidmət, dağ-mədən sənayəsi kimi sahələrdə 460-dan çox tələbə üçün praktiki tədris həyata keçirilir. Bugünə qədər, adıçəkilən iki layihə çərçivəsində, on iki yeni ixtisas kurikulumu və 54 tədris modulu, bundan əlavə on qısa müddətli kurslar üçün kurikulum və modulların hazırlanmasına dəstək olunub.

Qeyd edək ki, Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq və güclü dövlətlər qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlil təqdim edirik.
Xəbəri paylaş