Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtovuslarda gündəlik 2320 sərnişin daşınır



Newscenter.az.2.04.2020. Bakı-Sumqayıt-Abşeron halqası üzrə aprelin 1-nə olan statistikaya əsasən Bakı-Sumqayıt istiqamətində xidmət göstərən cari avtobus sayı 30 ədəd, daşınan gündəlik sərnişin sayı 2320 nəfərdir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova verib. Bildirib ki, xüsusi karantin rejimi dövrünə qədərki daşınan sərnişin sayı 14550 nəfər olub. Bakı-Abşeron halqası üzrə cari avtobus sayı 49 ədəd, daşınan cari sərnişin sayı 9315 nəfərdir. Məhdudlaşdırılan dövrə qədər gündəlik daşınan sərnişin sayı bu halqa üzrə 23350 nəfər olub. Sumqayıt-Abşeron halqası üzrə cari avtobus sayı 56 ədəd, daşınan sərnişin sayı 9304 nəfərdir. Analoji əvvəlki dövrlərdə sərnişin axını bu istiqamət üzrə 22900 nəfər olub:

“Sərnişin axınında hər halqa üzrə azalma 70-80 faiz arasında olsa da, hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik. Sərnişinlərdən ricamız, Operativ Qərərgahın yeni tələblərinə əməl edərək, evlərindən rəsmi iznləri və ya tələblərdə qeyd edilən vacib səbəblər haqqında əsaslandırmaları yoxdursa, zəruri səbəbdən səfərə çıxmalı olan insanların yollarda ləngiməsinə səbəb olmasınlar. Bütün avtobusların salonları yoxlanılır".

Anar
Xəbəri paylaş