Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır



Newscenter.az.3.04.2020. "Azərbaycan Dəmir Yolları” QSC neft və neft məhsulları, qida məhsulları, tikinti materialları və digər yüklərin müntəzəm daşınmasını təmin edir.

Newscenter.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir ki, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin dezinfektorları ölkə ərazisinə daxil olan yük qatarlarında qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən sərnişin qatarlarında da gündəlik dezinfeksiya işləri aparılır. Bütün bunlar bir çox insanın gərgin əməyi sayəsində mümkün olur. Onlar öz vəzifə borcunu yerinə yetirmək üçün işə çıxırlar, evlərini üzrlü səbəbdən tərk edirlər.

Anar
Xəbəri paylaş