Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın koronavirusa yoluxan regionlarının adları açıqlandı



Newscenter.az.3.04.2020. Yeni növ koronavirusun Azərbaycanın hansı regionlarında daha çox yayıldığı məlum olub. Məlumata görə, bu göstərici ən çox Lənkəranda (18) və Cəlilabaddadır (15). Koronavirusa yoluxanlardan 98 nəfəri isə ölkə xaricindən gələnlərdir.

Newscenter.az xəbər verir ki, bölgələr üzrə göstəricilər aşağıdakı kimidir:

Salyan - 12, Qusar - 9, Tovuz - 5, Neftçala - 4, Astara - 3, Naftalan - 3, Daşkəsən - 3, Füzuli - 3, Xaçmaz - 3, Zaqatala - 3, Ucar - 3, Ağdam - 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar - 1.

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir. Məlumatlar koronavirusinfo.az saytında yayımlanıb.
Xəbəri paylaş