Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" rəhbərinin iştirakı ilə online ceo forum təşkil olunub



Newscenter.az.3.04.2020. "Caspian European Club"-un hər gün öz resurslarında və sosial şəbəkələrdə canlı yayım rejimində təşkil etdiyi ONLINE CEO FORUM-un növbəti qonağı «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev olub.

Newscenter.az xəbər verir ki, Ruslan Əliyev bütün dünyanın COVID-19 koronavirus pandemiyası ilə mübarizə apardığı bu çətin dönəmdə də biznes-hökumət dialoqunu fəal dəstəklədiyi üçün Klub rəhbərliyinə təşəkkür edib.Telman Əliyev də öz növbəsində «Azəriqaz» İB ilə "Caspian European Club" arasındakı işçi qrup çərçivəsində fəal əməkdaşlığa və bu əməkdaşlıq çərçivəsində göstərdiyi açıq şəxsi mövqeyinə görə Ruslan Əliyevə minnətdarlığını bildirib. «Onlayn konfransa görə minnətdarlığımı bildirirəm. İndiki karantin rejimində bu cür əlaqələrin yaradılması işgüzar mühitin davamlı olmasında mühüm rol oynayır. Hazırda koronavirusla birgə mübarizə aparılan şəraitdə “Azəriqaz” İstehsalat Birliyi daim işləyən təşkilatlar sırasındadır. Birliyin 20% işçisi əmək haqları saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilib. Çalışırıq ki, az işçi ilə çox iş görək. İnsanlar çölə çıxmamağa çağrılır. Biz isə iş başında olmalıyıq ki, onlar evlərində rahat otursunlar. Bir sözlə, kommunal məsələlər vaxtında həllini tapsın» - deyə Ruslan Əliyev söyləyib.

Zaur
Xəbəri paylaş