Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı, Sumqayıt və Abşeronda koronavirusa yoluxanların sayı açıqlandı



Newscenter.az.3.04.2020. Abşeron yarımadasında koronavirusa yoluxanların sayı məlum olub.

"Report" "Koronainfo.az" istinadən xəbər verir ki, infeksiya daşıyıcılarının 149 nəfəri Bakı şəhər sakinləridir.

Bildirilib ki, onların əksəriyyəti paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23) və Nərimanov (19) rayonlarındandır.

Koronavirus paytaxtın Xətai (13), Səbail (10), Qaradağ (9), Sabunçu (7), Suraxanı (5), Xəzər (3), Pirallahı (2) və Nizami (2) rayonlarında da qeydə alınıb.

Eyni zamanda Bakıda daha 6 yoluxma faktı var. Ancaq onların qeydiyyatı qeyri-müəyyəndir.

Bundan başqa, Sumqayıt şəhərində 6, Abeşron rayonunda isə 9 koronavirusa yoluxma halı qeydə alınıb
Xəbəri paylaş