Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub



Newscenter.az.3.04.2020. Dövlət Gömrük Komitəsinin Akademiyasının növbəti onlayn iclası keçirilib. İclasda koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar təhsilin davamlılığını təmin etmək məqsədilə karantin dövrü ərzində Akademiyada onlayn tədrisin həyata keçirilməsi prosesinin səmərəliliyinin artırılması, mütləq əksəriyyətinin dərslərə cəlb olunması üçün Akademiya tərəfindən tələbələrə lazımı dəstəyin verilməsi, həmçinin tələbə və müəllimlər tərəfindən onlayn tədris prosesinin qiymətləndirilməsi üçün xüsusi sorğu formalarının təsdiq olunması məsələləri müzakirə edilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, iclas zamanı Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev onlayn dərslərin Komitə tərəfindən də izlənildiyini, onlayn monitorinqin həyata keçirildiyini bildirərək, öz rəy və təkliflərini verib. Müzakirələrdə, həmcinin tədris prosesində monitorinq və tələbələrin biliklərinin qiymətləndirilməsi mexanizmləri, bu sahələrdə mövcud beynəlxalq təcrübənin tətbiq olunması ətrafında geniş fikir mübadiləsi aparılıb.

Akademiyada onlayn tədrisin təşkili ilə bağlı tədris, texniki, inzibati hazırlıq işləri mart ayında intensiv şəkildə başa çatdırılıb, müəllim heyəti üçün məsafədən xüsusi təlimlər keçirilib. Martın 30-dan başlayaraq isə, istisnasız olaraq bütün dərslər mövcud tədris cədvəlinə uyğun onlayn həyata keçirilir. Akademiyada təhsilin məsafədən həyata keçirilməsi üçün bütün texniki imkanlar mövcuddur. Azərbaycan ali təhsil müəssisələri arasında ilk olaraq, Gömrük Akademiyasında onlayn dərslərin müvafiq tədris cədvəlinə əsasən tam həcmdə göstərilən vaxt və müddətdə keçirilməsi təmin olunub. Bu proses “ZOOM” və “Microsoft Teams” tədris platformaları üzərindən həyata keçirilir.

Zaur
Xəbəri paylaş