Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xətai rayonunda daha 2 küçədə təmir işləri aparılır



Newscenter.az.3.04.2020. Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və yollarında təmir-tikinti işləri davam etdirilir.

Agentlikdən Newscenter.az-a daxil olan məlumata görə, bu çərçivədə Xətai rayonunda 2019-cu ildə sahəsi 221 min kv.m, uzunluğu 18 km olan küçə və yollarda təmir işləri aparılıb. 2020-ci ildə isə sözügedən rayon üzrə 23 km-ə yaxın küçə və yolun təmiri nəzərdə tutulur ki, artıq bu istiqamətdə işlərə start verilib. Yenidənqruma işlərinə Məzahir Rüstəmov və İngilab İsmayılov küçələrindən başlanılıb.

Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtyü döşənir. Asfaltlanma işləri ümumilikdə təqribən 15 min kv.m sahəni əhatə edəcək.

Anoloji işlər İngilab İsmayılov küçəsində də aparılır. Küçənin uzunluğu 2.9 km, eni isə ortalama təqribən 8 metr təşkil edir. Piyadaların rahat gediş-gəlişi üçün küçə boyu şərait yaradılır. Belə ki, yeni piyada səkiləri inşa edilir, mövcud səkilər isə bərpa edilir, kənarlarına yeni səki daşları düzülür.

İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə investisiya proqramına əsasən cari ildə bərpası nəzərdə tutulan 15 küçə və yolda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.

Anar
Xəbəri paylaş