Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuz sakini qətlə yetirilib



Newscenter.az.5.04.2020. Tovuz rayonunda arxa atılmış kişi meyiti tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, meyit Əhməd Cavad küçəsindəki tikilinin yaxınlığında tapılıb.

Su arxında tapılan meyit rayon sakini, 1991-ci il təvəllüdlü Elnur Valeh oğlu Mehdiyevə məxsusdur.

Onun bədənində 2 bıçaq yarası aşkarlandığından qətlə yetirilməsi müəyyənləşib.

Qeyd edək ki, E.Mehdiyev əvvəllər bir neçə dəfə həbs olunub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəri paylaş