Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elçin Babayev: "Yaxın vaxtlarda Nano maskaları və N95 maskalarının da təqdimatı olacaq"-FOTOLAR



Newscenter.az.6.04.2020. "Bakı Tekstil Fabriki olaraq bu gün maska istehsalatımız CƏnab Prezidentimizin xeyir-duasıyla başladı. Vətənə, millətə xeyirli olsun".

Newscenter.az xəbər verir ki, bu fikirləri Bakı Tekstil Fabriki MMC-nin direktoru Elçin Babayev səsləndirib. O, qeyd edib ki, 25 gün müddətində komandamız həm təşkilati, həm də quraşdırma işlərində çalışıb:

"Kənardan mütəxəssis gəlmədən Azərbaycan zəkası prosesi təşkil etdi. Mexanik və menecerlərimiz möhtəşəmdirlər".

Elçin Babayev bildirib ki, bundan başqa yaxın vaxtlarda Nano maskaları və N95 maskalarının da təqdimatı olacaq:

"Məhsullar tam distilə olunmuş və bakterolijidir. Allah ölkəmizi və millətimizi qorusun".

Mehman
Xəbəri paylaş