Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçala Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım edib



Newscenter.az.6.04.2020
. Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın evdəqal çağırışına qoşulan Neftçala şəhəri və kəndlərində yaşayan 550 aztəminatlı ailəyə ərzaq yardımları paylanılıb. Bu barədə məlumat Newscenter.az-a Rayon İcra Hakimiyyətindən daxil olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq, Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun tapşırıq və tövsiyyələri nəzərə alınaraq, Neftçala rayonunda Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində davamlı olaraq sanitar-profilaktik tədbirlər həyata keçirilir, mobil qruplar tərəfindən maarifləndirmə işləri davam etdirilir.

Mehman
Xəbəri paylaş