Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Rusiyadan yeni nəsil SU-35 alır



Newscenter.az.7.04.2020. “Rusiya dünya silah bazarında öz yerini qorumaq və yeni silahlarını satmaq üçün bazarlar axtarmaqdadır. Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində bu ölkədən 5 milyad dollardan artıq silah alıb. Və yeni müqavilələr bağlamaqla Moskva ölkəmizə yeni silahların satışını reallaşdırmağa çalışır”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, çəsələnin maraqlı tərəfi ondadır ki, Azərbaycana bu təklifi Rusiya özü edir:

“Rusiya ilk əvvəllər Azərbaycana müasir raket və aviasiyanın satışında tərəddüd edirdi. Azərbaycanın alternativ silah bazarı əldə etməsi və kifayət qədər maliyyə imklanlarının olması digər ölkələrdən qırıcı təyyarələr alınması istiqamətində işlərə başlayandan sonra Rusiya artıq Azərbaycana SU-35 və Mİq-35 qırıcılarını satışını təklif etdi. Rusiyanın bu təklifi öz alıcısını itirməməklə yanaşı, müəyyən siyasi məqsədlərinin də olduğu istisna deyil. Qeyd edim ki, Rusiyanın yeni nəsil Su-35 qırıcısı, ABŞ-ın yeni nısil F-35 qırıcısnın analoqudur”.

Politoloq deyib ki, Rusiya SU-35 təyyarələrini Ermənistana ixrac edəcəyini dəfələrlə bəyan etsə də və bu işğalçı ölkədə eyforiyaya gətirib çıxarmasına baxmayaraq, Moskva hələ də döyüş təyyarələrini Yereavana göndərməyib:

“Hətta erməni Baş nazir Nikol Paşinyan Yerevan yaxınlığında Rusiyanın hərbi bazasına gedərək Rusiyanın SU-35 təyyarəsinə əyləşib buradan Azərbaycana mesaj verdi. Amma, Rusiya bu silahların geniş partiyada Azərbaycana satmağı reallaşdırır. Rusiyada məlum pandemiya və neft qiymətlərində ucuzlaşma fonunda Moskvanın bu döyüş təyyarələrini Ermənistana böyük partiyada verməsi mümkün görünmür. Bu təyyarələri ucuz qiymətə və yaxud kreditlə Ermənistana verməkdənsə, digər ölkələrə baha qiymətə sataraq maliyyə əldə etmək Rusiya üçün daha məqbuldur. Sadəcə bir və ya iki təyyarə verməklə forpostunu sakitləşdirə bilər”.

Məhəmməd Əsədullazadə bildirib ki, Azərbyacanın arsenalında olan Miq-29 və Su-30 hərbi aviasiyası döyüş tələblərinə cavab versə də, aviasiya parkının yenilənməsi mütləqdir:

“Azərbaycan ABŞ -dan hərbi helikopterlər, İtaliyadan hərbi təlim məqsədləri üçün qırıcılar alır, Pakistandan da yeni qırıcılar alınması istiqamətində razılıq əldə edilib. Rusiyanın ölkəmizə satacağı Su-35 və Miq-35 hərbi təyyarələri Ermənistana siyasi şapalaqdı. Azərbaycan yeni qırıcılar əldə etməklə ilk növbədə Ermənistan qarşısnıda havada öz üstünlüyünü qoruyacaq və regionda ən güclü hərbi aviaparka sahib olacaq. Artıq Ermənistan başa düşməlidir ki, onun müttəfiqi yeni ən güclü qırıcısını Azərbaycana satır. Və Rusiya əvvəlki illərdən fərqli olaraq Azərbaycana satdığı bahalı və müasir silahları Ermənistana vermir. Onun əvəzində öz ordusunun işlənmiş silahlarını göndərir. Buna Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın sabiq prezdenti Serj Sarkisyanın 42 milyon dolllara Rusiyadan aldığı silahları "dəmir qırıntısı" adlandırmaqla öz münasibətini bildirmişdi. Göründüyü kimi Rusiyanın Azərbaycana yeni nəsil qırıcılarının ixracı Ermənistan hakimiyyətində tektonik sirkələnməyə gətirəcək. Azərbaycan bu silahları ambarda saxlamaq və təlimdə istifadə etmək üçün almır. Yeni geosiyasi bir mənzərə formlaşır və mütləq şəkildə silahlanma bizim öz ərazilərimizin azad olunmasına yönələcək. Azərbyacan Rusiyadan alacağı Su-35 qırıcılarının ilk sınağını Ermənistanın işğal olunmuş ərazilərində hərbi obyektlərini vurmaqla sınaqdan keçirməlidir”.

Mehman
Xəbəri paylaş