Impera

XƏBƏR LENTİ
15:18Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir15:02AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib14:25Kənd Təsərrüfatı Nazirliyinin səyyar mikroavtobusları Masallı rayonunda səyyar xidmətə başlayıb-FOTOLAR13:55Tibbi maskalardan istifadə etməyənlər bu məbləğdə cərimə olunacaq13:28Sabah hava dəyişkən buludlu olacaq, yağış yağacaq13:12Müdafiə Naziri: "Azərbaycan əsgərinə qarşı yönələn düşmən niyyətlər ifşa olunacaq"12:41Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) 47-ci iclası keçirilib12:34"Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir12:18Bakıda filialı olan xarici bankın rəhbər şəxslərindən biri koronavirusdan ölüb12:06Zakir Həsənov: "Bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq"11:30Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb11:09Fatma Yıldırım: "Cənab Prezident dəfələrlə qeyd edib ki,....."10:48Balakən və Zaqatalada narkotik becərənlər saxlanılıb10:33Dörd rayonun icra başçısının büdcə xərclərini gizlətməsi üzə çıxdı10:19Cəlilabadda narkotik ticarəti ilə məşğul olan qohumlar saxlanıldı09:58Daha bir icra başçısının mülklərinin siyahısı yayıldı09:38Düşmən 29 dəfə atəşkəs rejimini pozub09:22Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılır09:1513-cü "Tələbə baharı " onlayn keçirildi09:06Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü09:00Şəki Elxan Usubov tərəfindən talan edilir, icra başçısı sakinlərə çörək vermək əvəzinə onların çörəyini kəsir-VİDEO08:45Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər08:38Səfir Elmira Axundova etimadnaməsini Ukrayna prezidentinə təqdim edib08:00Valideynlər Gömrük Akademiyasına təşəkkürlərini bildiriblər20:09Gömrük sahəsində akademik və təlimlər üzrə yeni əməkdaşlıq imkanları müzakirə edilib19:32“Azərpoçt” bayram günlərində növbəli iş rejiminə keçəcək19:00Gələn ay bəzi ölkələrə aviareyslər bərpa oluna bilər18:43İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək18:29Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir18:10Karantin rejimi dövründə ərzaq satışı məntəqələrinə nəzarət tədbirləri genişləndirilib17:52MOK- un təşəbbüsü ilə üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub17:40Ceyranbatan su anbarlarında əsaslı yenidənqurma işləri aparılır17:25Milli Olimpiya Komitəsi “OLİMPİYA GÜNÜ” nü eyvanlara çıxan Bakı sakinləri ilə qeyd etdi17:12Prezident 4 nəfərə dövlət mükafatı verdi - SİYAHI17:10Azərbaycanda daha bir tibb işçisi koronavirusdan ölüb17:06Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub16:55YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva İCAPP-ın xüsusi videokonfransında iştirak edib16:43"KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb16:36Gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyətini davam etdirəcək-VİDEO16:19DSMF-nin əməkdaşı rüşvət alarkən tutuldu16:07Müdafiə naziri şəxsi heyəti bayram münasibətilə təbrik edib15:48BMU-da İnformasiya təhlükəsizliyi üzrə yüksək ixtisaslı kadrlar hazırlanacaq15:35Ələt azad iqtisadi zonası yaradılıb15:22"Məktəb psixoloqundan tövsiyələr": XXIV videoçarx15:12Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib15:10Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinə fəxr ad verildi15:08Prezident ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan bir qrup şəxsi təltif etdi - SİYAHI15:01Prezident Valeh Ələsgərovla bağlı sərəncam imzaladı14:53Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək14:42Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı, ölənlər var-VİDEO14:26Milli Məclisin sədri Sahibə Qafarova seçicilərin növbəti onlayn qəbulunu keçirib14:16“Signify” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında videokonfrans keçirilib14:08İspaniya Azərbaucanlılari Birliyi etiraz bəyanatı yaydı14:00Türk Dünyası 2020-ci ilin sənədli filmlərini seçir13:55Qaz xəttini bərpa edən “Azəriqaz” əməkdaşlarına mane olublar13:47Sabah güclü külək əsəcək13:33“Fermer Kartı”ndan istifadə ilə bağlı fermerlərə xəbərdarlıq edilib13:25"Bulaq" restoranında karantin qaydalarına xidd fəaliyyət aşkar edildi13:15Bakıda polis əməliyyat keçirdi, saxlanılanlar var12:45Azərbaycanın könüllülər hərəkatının Beynəlxalq Könüllülər Hərəkatına inteqrasiyasının gücləndirilməsi üçün bütün əsaslar mövcuddur12:31Millət vəkilindən sensassiyalı açıqlama-Anti-korrupsiya tədbirlərinin müsbət nəticələrini hiss edənlərdən biri də mənəm12:20Daha bir icra başçısı işdən çıxarıldı12:13ASAN Xidmətin 21 əməkdaşına xəbərdarlıq edilib12:05Dünyada koronavirusa yoluxanların sayı 5 milyon 200 mini ötdü12:00Azərbaycanlı alimlərin elmi məqaləsi nüfuzlu beynəlxalq nəşriyyatın hazırladığı kitabda dərc olunub11:46İTV-nin 1 800 dollarlıq avadanlıqları oğurlanaraq 60 manata satıldı11:35“Bibiheybət” yatağında yeni yaşıllıq zolaqları salınır-FOTOLAR11:28Qadın xəbəri olmadan 20 ildir pensiyasının alındığını deyir - VİDEO11:20Qəbələdə qoyun oğruları saxlanıldı11:10Azərbaycan və Oklahomanın Kənd Təsərrüfatı nazirləri arasında onlayn görüş keçirilib11:04Beyləqanda ağır yol qəzası, ölən var10:37Bu yolda hərəkət məhdudlaşdırılır10:20Cəbhəboyu zonada yeni hərbi hissələr tikilir-VIDEO10:08Kaspersky: Dünyadakı işçilərin üçdə biri pandemiya zamanı daha çox işləyib10:00“Baktelecom” “İçərişəhər” qoruğu və mərkəzi küçələrdə optik şəbəkəyə keçidi sürətləndirib09:5030 nömrəli marşrut xətti üzrə "BakuBus" avtobusları işləyəcək09:40Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir09:30Millət vəkili seçiciləri üçün onlayn qəbul keçirib-FOTOLAR09:20Atəşkəs rejimi 23 dəfə pozulub09:00“AzerGold” Çovdar yatağının resurslarını 47% artırıb21:11Realmadrid Fondundan idman içtimaiyyətinə dəstək20:17DSX-da keçirilən əməliyyatın videosu yayıldı19:29Baş Prokurorluq Goranboydakı hadisə ilə bağlı açıqlama yaydı18:08Azərbaycanda polietilen torbaların satışı qadağan ediləcək17:54Baş Prokurorluqda daha bir təyinat olub17:43Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin edildi17:11Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxdu16:43Azərbaycanda temperatur 8-10 dərəcə aşağı enəcək, güclü külək əsəcək16:30Prezident yeni icra başçılarına: “İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam”16:15Baş prokurora daha 2 müavin təyin edildi15:51Rüstəm Usubov vəzifədən azad edildi15:24Məzahir Əfəndiyev: "Vətəndaş dövlətinə güvənir"15:14Ermənistanda hərbçiləri daşıyan avtomobil yanıb, polkovnik ölüb15:08Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar bəyanat yaydı14:30Energetika nazirinin müavini dəyişib14:16Əbülfəs Qarayev işdən çıxarıldı13:30Təlimlərdə qoşunların yerdəyişməsi icra olunub - VİDEO13:20Prezident iki rayona yeni icra başçısı təyin etdi13:00Sabah 36 dərəcə isti olacaq12:40Azərbaycanda sürülərin yaylağa köçü başlayıb
BÜTÜN XƏBƏRLƏR
Mayıs 2020 (895)
Nisan 2020 (1438)
Mart 2020 (1234)
Şubat 2020 (624)
Ocak 2020 (9)
Aralık 2019 (384)

«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Koronavirus tərəfindən vurulan zərbəni Azərbaycanda ilk olaraq öz üzərinə götürən gömrükçülər və sərhədçilər oldu

07 Aprel 2020, 22:23   


Newscenter.az.7.04.2020. Dünyanı bürüyən koronavirus pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçməyib. Artıq bir müddətdir ki, ölkəmizdə də yayılan bu virus yüzlərlə vətəndaşımızı yoluxdurub, bir neçə nəfər bu virusdan dünyasını dəyişib.
Koronavirusun yayılma coğrafiyasına nəzər yetirdikdə Azərbaycanda bu virusun nisbətən az yayıldığı və digər ölkələrlə müqayisədə təhlükəli hal almadığı aydın görünür. Təbii ki, bu müsbət tendensiyada dövlətin həyata keçirdiyi tədbirlər mühüm rol oynayır. Eyni zamanda ölkənin tibb personalı da virusun Azərbaycanda daha geniş yayılmasının qarşısını almaq üçün əlindən gələni əsirgəmir. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin əməkdaşları da bu prosesdə aktiv iştirak edərək koronavirusun Azərbaycanda yayılmaması istiqamətində çalışırlar.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qeyd edilən istiqamətdəki fəaliyyət, görülən işlər və s. barədə sualları cavablandırıb.

- Ceyhun müəllim, bu gün Azərbaycanda koronavirusun yayılmasına qarşı indiyə qədər görülməmiş tədbirlər tətbiq edilir. Sizin Xidmət bu tədbirlərdə necə iştirak edir?

- Koronavirus tərəfindən vurulan zərbəni Azərbaycanda ilk olaraq öz üzərinə götürən gömrükçülər və sərhədçilər oldu. Xatırlatmaq istəyirəm ki, 2008-ci ildən başlayaraq gömrük-sərhəd buraxılış məntəqələrində sanitariya nəzarəti üçün məsuliyyəti məhz Gömrük Komitəsi daşıyır. Ona görə də Çində koronavirus infeksiyasının yayılmasının digər ölkələr üçün də təhlükə törətdiyi aydın olan kimi, Gömrük Komitəsi tərəfindən buraxılış məntəqələrində və ilk növbədə Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportunda sanitar nəzarətin gücləndirilməsi üçün təcili tədbirlər görüldü. Tez bir zamanda buraxılış məntəqələrinin texniki təminatı gücləndirildi, əlavə stasionar və mobil termovizorlar alındı və quraşdırıldı, təmassız elektron termometrlər əldə edildi, aeroportda Gömrük Komitəsi Tibbi Xidmətinin xüsusi personalının 24-saatlıq növbəsi təşkil edildi, yüksək hərarəti olan şəxslərin burada təcrid olunması üçün xüsusi otaq ayrıldı və təchiz edildi. Bundan bir qədər sonra, İranda koronavirus epidemiyasının başlamasına cavab olaraq ölkənin quru sərhədlərində, xüsusilə də cənub istiqamətində qabaqlayıcı tədbirlər gücləndirildi. Hətta bizim mobil səyyar hospitalımız da İranla sərhəd bölgəsinə göndərildi.

Onu da qeyd edim ki, qısa bir müddət ərzində Səhiyyə Nazirliyi sanitariya xidmətinin epidemioloqları bizim sanitar müfəttişlərinin köməyinə gəldi, buraxılış məntəqələrində TƏBİB-in tibb işçiləri fəaliyyətə başladı, sərhəd zonalarında FHN-nin səhra hospitalları açıldı, tullantıların zərərsizləşdirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin insineratorlarından istifadə edilməyə başlanıldı. Birmənalı olaraq sizə bildirirəm ki, həm epidemiyanın lap yeni başladığı vaxtda, həm də indi, bütün ölkədə sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlər qüvvədə olduğu zaman, sərhəd-buraxılış məntəqələrindəki sanitar vəziyyət daim ciddi nəzarət altında olub.

- Ancaq görülmüş bütün tədbirlərə baxmayaraq, koronavirus yenə də Azərbaycan ərazisinə keçdi

- Əgər vaxtında görülmüş bu genişmiqyaslı tədbirlər olmasaydı, bu gün Azərbaycanda epidemioloji vəziyyət indikindən qat-qat mürəkkəb olardı. Artıq məlumdur ki, koronavirus infeksiyası adi qripə nisbətən daha məkrli xarakter daşıyır. Təhlükə ondadır ki, virusun kifayət qədər yüksək virulentliyə malik olmasına baxmayaraq, xəstəliyin çox uzun inkubasiya dövrü vardır. Yəni nəzəri olaraq, fevralda-martın əvvəlində epidemioloji cəhətdən təhlükəsiz hesab edilən ölkələrdən Azərbaycana gəlmiş və həmin vaxt COVID-19 üçün xarakterik olan heç bir əlaməti olmayan şəxslər xəstəliyə yoluxmuş ola bilər və sonradan bu infeksiyanı ölkə daxilində yaya bilərdilər. Əlbəttə sərhədi keçənlərin içində vaxtında aşkar edilərək təcrid olunmuş və sonradan test nəticələri müsbət çıxmış şəxslər də var idi.

- Yeri gəlmişkən, siz necə hesab edirsiniz, istisnasız olaraq bütün əhalinin test edilməsinə ehtiyac varmı?

- Bilirsiniz, birincisi bunun üçün praktiki olaraq dünyanın heç bir ölkəsinin resursları çatmaz. RT PСR testinin aparılması texniki cəhətdən mürəkkəb və bahalı prosesdir. Buna baxmayaraq, ölkəmizdə artıq 45 mindən çox test aparılıb və cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib. İkincisi, reallıqdan çıxış edərək bu testlərin ilk növbədə klinik əlamətləri olan xəstələrdə, həmçinin karantində olan şəxslərdə və yaxud risk qrupuna daxil olan, yəni işinin xarakterinə görə yoluxmuş insanlarla daha böyük ehtimalla təmasda olan şəxslərdə – gömrükçülər, sərhədçilər, tibb işçiləri – aparılması daha məqsədəuyğundur. Yeri gəlmişkən, qeyd edim ki, hazırda biz Mərkəzi Gömrük Hospitalında PCR laboratoriyasının yaradılması üzrə işləri başa çatdırırıq. Əminəm ki, əhali arasında RT PCR testlərinin aparılması ilə bağlı genişmiqyaslı prosesə bizim laboratoriya da öz payını verəcəkdir.

- ÜST koronavirus testinin nəticəsi müsbət olan, lakin zəif klinik əlamətlər müşahidə edilən şəxslərin ev şəraitində müalicə olunmasını tövsiyə edir. Azərbaycanda isə müsbət nəticəli bütün insanlar xəstəxanaya yerləşdirilir. Sizin buna münasibətiniz necədir?

- Bu məsələyə münasibət epidemioloji vəziyyətdən asılı olaraq dəyişə bilər. Hesab edirəm ki, hazırkı mərhələdə bu Azərbaycan üçün düzgün yanaşmadır, çünki yoluxmuş şəxslərin təcrid olunmasına imkan verir, onların bütün təmaslarını və bununla da ətrafdakı digər insanların yoluxma riskini sıfıra endirir. Digər tərəfdən, COVID-19 epidemiyası eskalasiya etdiyi təqdirdə xəstəxanalarda ilk növbədə və yalnız ağır xəstələrin, intensiv müalicəyə ehtiyacı olanların yerləşdirilməsi zərurəti yaranacaqdır.

- COVID-19 xəstələrinin təxminən 20%-nin belə bir intensiv müalicəyə ehtiyacı ola biləcəyi haqqında indi çox danışılır. Siz necə hesab edirsiniz, Respublikada koronaviruslu xəstələrin müalicəsi üçün ayrılmış 20 xəstəxana buna kifayət edəcəkmi?

- Siz bilirsiniz ki, ölkədəki epidemioloji vəziyyət dövlət başçısının və birinci vitse-prezidentin şəxsi nəzarəti altındadır. Hökumət yoluxmuş şəxslərin sayını minimuma endirmək üçün bütün zəruri tədbirləri həyata keçirir. Ölkədə tətbiq edilən konstruktiv və irimiqyaslı qabaqlayıcı tədbirlər ümid etməyə imkan verir ki, biz virusun yayılması üzrə əyrinin hamarlaşmasına nail ola biləcək və bununla da tibb müəssisələrinin həddən artıq yüklənməsinin qarşısını alacağıq. Belə bir halda ayrılmış xəstəxanalar bu epidemiyanın öhdəsindən gəlmək üçün kifayət edəcəkdir. Bundan başqa, cənab Prezidentin yaxın zamanlarda Bakıda və bir neçə bölgədə yeni yığma texnologiyaları əsasında inşa ediləcək müasir xəstəxanalar barədə sözləri də bizdə ümid yaradır.

- Siz necə düşünürsünüz, digər xəstəxanaların da COVID-19 xəstələrini qəbul etməyə hazırlaşmasına ehtiyac varmı?

- Düşünürəm ki, bu gün həm COVID-19 xəstələrini qəbul edəcək xəstəxanaların, həm də bu xəstələri qəbul etməyəcək xəstəxanaların müəyyən edilməsi çox vacibdir. Bunun niyə belə vacib olduğunu izah etməyə çalışacağam. Artıq yaxşı məlumdur ki, 5% hallarda koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün süni tənəffüs aparatları və hazırlıqlı reanimatoloqlar komandası tələb olunur. Adətən belə imkan yüksək texnoloji səviyyədə tibbi xidmət göstərən aparıcı xəstəxanalarda mövcud olur. İndi təsəvvür edək ki, müəyyən şərtlər daxilində belə xəstəxanaların hamısı yalnız koronaviruslu xəstələrin müalicəsinə cəlb edilib. Lakin axı insanlar digər xəstəliklərlə xəstələnməyə davam edirlər! Onlarda yenə infarktlar, insultlar, sınıqlar baş verir, onlarda təcili şəkildə transplantasiya, endoprotezləşdirmə, şuntlama və digər əməliyyatların aparılmasına, hemodializ kimi prosedurlara ehtiyac yarana bilər. Ona görə də hətta ən kəskin epidemiya dövründə bu cür “qeyri-kovid” tibbi yardımın göstərilməsini davam etdirə biləcək xəstəxanaların ehtiyatda saxlanması çox vacibdir.

Bütün bunların fonunda hesab edirəm ki, indiki halda vətəndaş həmrəyliyi nümayiş etdirmək və Operativ Qərargahın tələblərinə dəqiq əməl etmək çox vacibdir. Karantin şərtlərinin yerinə yetirilməsi və özünütəcrid - bu tələblərin içərisində ən vacib olanlarıdır. İnanıram ki, biz birlikdə bu böhranın öhdəsindən gələ biləcək və bu sınaqdan qalib çıxacağıq! Bizim Prezidentin dediyi kimi, “Biz birlikdə güclüyük!”.

NEWSCENTER.AZ
OXŞAR MÖVZULAR