Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizdə tibbi maska istehsalına başlamasının özü Cənab Prezidentin də, vurğuladığı kimi əlamətdar hadisədir



Newscenter.az.7.04.2020. “Belə bir şəraitdə tibbi maskaların öz ölkəmizdə istehsalına başlamaq gözəl təşəbbüsdür”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Sosial Rifah Partiyasının funksioneri Əsli Kazımova səsləndirib. Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı ölkəmiz adına böyük nailiyyətdir:

“Mövcud vəziyyətdə, inkişaf etmiş ölkələrin Çindən tibbi maska sifariş etdiyi bir vaxtda, Azərbaycanın bunu özü istehsal etməyə başlaması böyük uğurdur. Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse Prezident xanım Mehriban Əliyevanın belə bir şəraitdə xalqın motivasiyası adına zavodun açılışında şəxsən iştirak etmələri xüsusi təqdirə layiqdir”.

Əsli Kazımova qeyd edib ki, bütün dünyanı təşvişə salan koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə də tibbi maska qıtlığı yaşanırdı:

“Hazırki dövrdə də, gördüyümüz kimi, tibbi ləvazimatları istehsal edən ölkələr ixracatı dayandırıblar. Ölkəmizdə də vüsət alan koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün tədbirlər cənab Prezident İlham Əliyevin xüsusi nəzarəti və diqqəti mərkəzindədir. Əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşan Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumların qısa müddətdə tibbi maska istehsalı avadanlıqlarının və xammalın Azərbaycana gətirilməsi bunun baris nümunəsidir. Müəssisənin ilkin mərhələdə daxili bazarın təlabatının ödəməsi məqsədini daşımasını xüsusi qeyd etməklə yanaşı, eyni zamanda müəssisənin açılışında dövlətimizin başçısına və birinci xanıma Azərbaycanda istehsal olunan tibbi spirt, dezinfeksiya məhsulları və qoruyucu vasitələr barədə ətraflı məlumat verilməsi özü özlüyündə cənab Preizdentin diqqət və qayğısının təzahürüdür. Ümumilikdə bu gün ölkəmizdə tibbi maska istehsalına başlamasının özü Cənab Prezidentin də, vurğuladığı kimi əlamətdar hadisədir”.

Partiya rəsmisi deyib ki, Prezidentin xüsusilə apteklərdə qiymət artımlarına toxunması və tibbi maska istehsalının buna son qoyma məqsədi də daşıdığını vurğulaması ölkə başçısının ən ağır vəziyyətdə belə xalqını düşündüyünün göstəricisi kimi dəyərləndirilməlidir. Əsli Kazımova eyni zamanda koronovirus pandemiyasının digər ölkələrlə müqayisədə Azərbaycanda cənab Prezidentin göstərişi və təşəbbüsü ilə önləyici tədbirlərin həyata keçirilməsi ilə bağlı düşünülmüş dövlət programından da danışıb:

“Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almadığını müşahidə edirik. Gördüyümüz kimi, dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Təqdirəlayiq haldır ki, dövlət rəhbərliyi operativ şəkildə verdiyi qərarlarla həmin ölkələrin yaşadığı təcrübədən yararlanır və o kimi halların baş verməməsi üçün gərəkli önləmləri alır. Azərbaycanda bu günə qədər 45 min test keçirilib. Bu gün test keçirmək baxımından Azərbaycan dünyada aparıcı ölkələrdəndir. Xəstəliyin daha geniş vüsət almaması üçün ölkədə daha ciddi karantin şərtlərinin həyata keçirilməsi, özü özlüyündə əhalinin təhlükəsizliyi adına atılmış addımlardır. Yeni xəstəxanaların açılışı, xaricdə yaşayan azərbaycanlı soydaşlarımıza dövlətimizin sahib çıxmağı, onların ölkəyə gətirilməsinin həyata keçirilməsi, xaricdə fəaliyyət göstərən səfirliklərdə operativ qərargahlar yaradılaraq, ev kirayəsini ödəməkdə problem yaşayan, ərzaq təminatı olmayan soydaşlarımızı belə diqqətdən kənarda qoymamaq kimi amillər inanın heç ən inkişaf etmiş ölkələrin praktikasında müşahidə edilməyən addımlardır”.

Mehman
Xəbəri paylaş