Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Ticarət və Sənaye Palatasının (TCCI) təşəbbüsü ilə COVID-19 pandemiyası ilə mübarizə mövzusunda video-konfrans keçirilib

Türk Ticarət və Sənaye Palatasının (TCCI) təşəbbüsü ilə  COVID-19 pandemiyası ilə mübarizə mövzusunda  video-konfrans keçirilib


Newscenter.az.8.04.2020. Türk Ticarət və Sənaye Palatasının (TCCI) təşəbbüsü ilə palatanın üzv qurumlarının, o cümlədən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbərliyinin iştirakı ilə COVID-19 pandemiyası ilə mübarizə mövzusunda video-konfrans keçirilmışdir.

Newscenter.az. xəbər verir ki, konfransda ASK prezidenti Məmməd Musayev ilə yanaşı, Türk Ticarət və Sənaye Palatasının və TOBB-un prezidenti Rifat Hisarcıklıoğlu, Türk Şurasının Baş katibi səfir Bağdat Amreyev, Türk Ticarət və Sənaye Palatasının Baş katibi Adem Kula, Qazaxıstan Respublikasının Sahibkarların Milli Palatasının (Atameken) sədri Ablay Mirzahmedov, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının (CCIU) sədri cənab Adham İkramov, Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatasının vitse-prezidenti xanım Rimma Apasova, Macarıstan Ticarət və Sənaye Palatasının (HCCI) Beynəlxalq Əlaqələr Kimitəsinin sədr müavini Andreas Rev və digər rəsmi şəxslər iştirak etmişlər.

Konstruktiv şəraitdə keçən video-konfrans zamanı Türk Şurasının (TŞ) üzv dövlətlərinin ən iri biznes qurumları COVID-19 pandemiyası ilə mübarizə sahəsində bu ölkələrdə aparılan effektiv tədbirlər kompleksi barədə ayrı-ayrılıqda təqdimatla çıxış etmişlər. Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev qeyd etdi ki, COVID-19-un qarşısının alınması üçün Azərbaycanda həyata keçirilən çoxşaxəli tədbirlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı həmişə olduğu kimi, bu çətin günlərdə də əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi qayğı ilə yanaşır. Prezidentin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə səfərbər olaraq ölkədə qlobal pandemiyaya qarşı mübarizə tədbirlərini gücləndirmişlər.

Eyni zamanda, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasını nəzərdə tutan Prezident İlham Əliyevin yeni iqtisadi-sosial paketi ilə hökumət zərər çəkən sahələrdə çalışan insanların problemlərinə diqqət yetirdi. Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsinə, məşğulluqla bağlı problemlərin həllinə, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına ən azı 2,5 milyard manat ayrılmışdır. Azərbaycanda 600 min işçinin, o cümlədən də fərdi sahibkarların dövlət hesabına maliyyələşdirilməsi qərara alınmışdır. Yəni onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürdü. Bu genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, həm də həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq.

Daha sonra Türk Şurasnın üzv dövlətlərində palata və konfederasiyaların, ümumən özəl sektorların, xüsusilə səhiyyə sektorunun COVID-19 pandemiyası ilə mübarizədə rolu barədə məlumat verilmiş, hazırki dövrdə təcrübə mübadiləsi üçün distant rəqəmsal platformlardan mütəmadi istifadənin zərüriliyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Türk Ticarət və Sənaye Palatasının üzvlərinin müvafiq üzv dövlətlərin əhalinin, milli iqtisadiyyatları və müəssisələrinin COVID-19 pandemiyasının yaxın və uzunmüddətli təsirlərinə hazırlamaq üzrə müvafiq hökumətlər üçün təkliflər və tövsiyələr paketinin birgə əməkdaşlıq şəraitində hazırlanması böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, üzv ölkələr arasında açıq nəqliyyat xətləri ilə ticarət əlaqələrinin fasiləsiz aparılmasının təmin edilməsi, üzv ölkələrdə qida təhlükəsizliyin davamlı təmini üçün birgə qabaqlayıcı tədbirlərin

görülməsi, habelə ən çox iqtisadi təsirlərə məruz qalmış sektorların, o cümlədən, turizm, loqistika, xidmət sektorlarının, kiçik və orta sahibkarlıq subyektlərinin güclənməsi məqsədilə post-pandemiya dövrü üçün tədbirlər üzrə təcrübə mübadiləsinin böyük əhəmiyyəti vurğulanmışdır. Bu mənada post-pandemiya dövründə Türk Şurası dövlətlərindəki biznes subyektlər üçün stabilləşmə və ixrac potensialının artırılması üçün maliyyə institutları tərəfindən dəstəyin xüsusi önəmi barədə bəhs edilmiş və Macarıstan Respublikasında Eximbank tərəfindən nəinki macar iş adamlarına, eləcə də Türk Şurasının üzv-dövlətlərindəki sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin mövcud olması iştirakçıların marağına səbəb olmuşdur. Bununla əlaqədar, post-pandemiya dövründə Türk Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Macarıstan Respublikasına, Cənubi Koreya Respublikasına birgə biznes səfərlərin və müvafiq forumların təşkili barədə ilkin razılıq əldə edilmişdir.

Müzakirə olunan məsələlər sırasında Türk Ticarət və Sənaye Palatasına beynəlxalq hüquqi statusun verilməsi istiqamətində atılan addımlar və müvafiq proseslərə toxunulmuşdur.

Videokonfransın sonunda üzv təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin digər perspektiv istiqamətləri müzakirə edilmiş və Türk Şurasının Dövlət Başçılarının Növbədənkənar Sammitinin nəzərdə tutulması ilə bağlı, üzv təşkilatlar tərəfindən müvafiq təkliflərin formalaşdırılaraq qısa zamanda təklif edilməsinin zəruriliyi bildirilmişdir.

Zaur
Xəbəri paylaş