Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda yeni xeyriyyə aksiyası başladıldı



Newscenter.az.9.04.2020. Dünyada yeni növ koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan, eləcədə İsmayıllı rayonunda bir sıra tədbirlər görülüb.

Newscenter.az İsmayıllı Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, belə tədbirlərdən ölkə rəhbəri Cənab Prezidentimizin təşəbbüsü ilə başlayan #BizBirlikdəGüclüyük aksiyasına dəstək olaraq İsmayıllı rayonunda bir sıra işlər görülüb.

Rayon İcra Hakimiyyətinin təşəbüsü ilə başladılan aksiyalara rayon sahibkarları, könüllülər yaxından dəstək və köməklik edirlər.
07 aprel tarixindən İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda fəaliyyət göstərən “Paşa” market və “Mustafa” market “EHTİYACIN VARSA GÖTÜR. İMKANIN VARSA ƏLAVƏ ET” aksiyasına başladılar. Rayonda fəaliyyət göstərən digər ərzaq marketlərini də bu xeyirxah aksiyaya qoşulmağa dəvət edirik. Bütün görülən tədbirlərdə məqsəd insanların sağlamlığı və onların ehtiyaclarının təmin olunmasında dəstək olmaqdır.

Mehman
Xəbəri paylaş