Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO



Newscenter.az.9.04.2020. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, müxtəlif poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində atəş hazırlığı üzrə məşğələlər keçirilir.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçular silahların taktiki-texniki xüsusiyyətlərini bilmələri barədə məqbullar verir, onların sökülüb-yığılması üzrə normativləri yerinə yetirir, eləcə də silahla hərəkət bacarıqlarını təkmilləşdirir.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular müvafiq normativlərə uyğun olaraq praktiki təlim atəş çalışmalarını icra edir.
Xəbəri paylaş