Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz birlikdə güclüyük



Newscenter.az.10.04.2020. "Şamaxı rayon Yeni Azərbaycan Partiyası Könüllüləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birgə yaşı 65-dən yuxarı olan tənha və ahıl insanların evlərini ziyarət edib, onlara ərzaq məhsulları və tibbi ləvazimatlar paylayıb, mövcud pandemiyadan qorunmaq məqsədilə lazım olan gigiyenik qaydalar izah edilib"

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Şamaxı rayon YAP Gənclər Birliyinin sədri Nuranə Məmmədova deyib ki, bu gün biz gənclər, körpələr və ahıl insanlar ölkə Prezidenti İlham Əliyev cənablarının diqqət və qayğısını öz üzərimizdə hiss edirik:

“Mən əvvəlcə Cənab Prezidentimizə bizə dəstək olduğu üçün öz minnətdarlığımı bildirirəm. Çünki biz gənclər bu gün ahıl insanlara mövcud şəraitlə əlaqədar olaraq baş çəkir, onların maddi vəziyyəti ilə maraqlanır və əlimizdən gələni ediriksə, bu örnəyi ölkəmizin Prezidentindən götürürük. Bildiyimiz kimi İlham Əliyev Cənabları hər zaman yaşca böyük insanları öz diqqətində saxlayır. Mən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev cənablarına öz minnətdarlığımı bildirirəm ki, biz gənclərə bu aksiyanı keçirtməkdə dəstək oldu. Nəzərinizə çatdırım ki, bu dəstək təkcə Şamaxı rayonunda deyil, bütünlüklə Azərbaycanı əhatə edir. Aksiyanın əsas məqsədi Covid-19 virusuna qarşı mübarizə məqsədilə karantin rejiminə əməl olunsun və yaşı 65-dən yuxarı olan tənha insanlar çölə çıxmasınlar. Belə olduğu təqdirdə biz risk qrupu altında olan yaşlı insanlarımızı qorumağa nail ola bilərik”.

Nuranə Məmmədova deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial İçilərinə" və Şamaxı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının "Könüllülərinə" öz təşəkkürünü bildirir:

“Hər iki təşkilatın üzvləri səmimi qəlbdən könüllü şəkildə aksiyada iştirak etdilər, yaşlı insanların qayğısına qaldılar, onların yaşayış tərzi ilə maraqlandılar, nəvaziş göstərdilər, koronovirusdan qorunmaq vasitələrini izah etdilər, ərzaq məhsulları təqdim etdilər, sağlamlığın insan üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə söhbətlər apardılar, tibbi ləvazivatları verdilər və evdə qalaraq özünü bu virusdan necə müdafiə olunduqlarını söylədilər. Mən, könüllülərin və sosial işçilərin ahıl insanlara göstərdikləri diqqət və qayğını bizim soy kökümüz, milli adət-ənənəmiz ilə əlaqələndirərdim. Çünki qədimdən indiyə kimi Azərbaycan xalqı yaşca özündən böyük olan şəxslərə hər zaman hörmət bəsləyib, diqqət və nəvaziş göstərib və bunu nəsildən nəsilə ötürüb. Mən bu gün fəxrlə deyə bilərəm: "Mən fəxr edirəm ki Azərbaycanlıyam!" Biz birlikdə güclüyük”.
Xəbəri paylaş