Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkilindən avtobus sürücülərinə təşəkkür



Newscenter.az.10.04.2020. Bildiyimiz kimi dünyanın hər yerində olduğu kimi ölkəmizdə də koronovirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi bir çox sahələrdə durğunluq yaradıb. Bununla yanaşı elə həyatı əhəmiyyətli obyektlər var ki, onların fəaliyyəti vacib və zəruridir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Sadiq Qurbanov səsləndirib. Onun sözlərinə görə, bu günümüzün əsas qəhrəmanları həkimlər, tibb işçiləri, polislər, media nümayəndələridir:

“Düşünürəm ki, bu sıraya öz sağlamlıqlarını müəyyən riskə ataraq həmin peşə sahiblərini lazımı ünvana çatdıran və daşımaların sanitariya-epidemioloji təhlükəsizliyini təmin etməklə öz işinin öhdəsindən layiqincə gələn BNA-nin, daşıyıcı şirkətlərin əməkdaşlarını və içtimai nəqliyyat sürücülərini də aid etmək olar. Bizim sağlamlığımız üçün bütün çətinliklərə sinə gələrək öz həyatlarını riskə atan peşə sahiblərınə bir daha dərin təşəkkürümü bildirirəm”.

Mehman
Xəbəri paylaş