Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Şurasına daxil olan beş dövlətdə 36000-dən çox COVID-19-a yoluxma, 750 ölüm hadisəsi qeydə alınıb



Newscenter.az.10.04.2020. "İndiyə qədər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan beş dövlətdə 36000-dən çox COVID-19-a yoluxma, 750 ölüm hadisəsi qeydə alınıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib

Baş direktor deyib ki, ölkələriniz arasında bu günə qədər ən çox təsirə məruz qalan Türkiyədə son bir həftədə yoluxma və ölüm hallarında kəskin şəkildə artma müşahidə edilib:

"ÜST sizinlə birlikdə bu çətinliklərdən keçir və əlindən gələn hər cür dəstəyi verməyə hazırdır. Bu pandemiya səhiyyə böhranından daha kəskindir. Bunun üçün bütün hökumətin və cəmiyyətin cavabı tələb olunur".
Xəbəri paylaş