Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ümumdünya Səhiyyə Təşkilatından Azərbaycana təşəkkür



Newscenter.az.10.04.2020. "İlk Strateji Hazırlıq və Cavab Planımıza töhfəsini verən bütün üzv dövlətlərə və tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. 800 milyon ABŞ dollarından çox ianə sözü verilmiş və ya qəbul edilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib

O, bildirib ki, Strateji Hazırlıq və Cavab Planımıza 5 milyon ABŞ dolları məbləğində töhfə verdiyinə görə xüsusilə Azərbaycan hökumətinə və xalqına təşəkkür etmək istəyirəm:

"Türkiyə də zəruri tədarük göndərməklə Avropa qonşularına dəstək verdiyi üçün təşəkkürə layiqdir. Hamınızı ən səmərəli müalicə üsulunun seçilməsi üçün aparılan beynəlxalq tədqiqat olan Həmrəylik Sınağında iştirak etməyə dəvət edirik. Artıq dünyanın bir çox ölkəsi iştirak edir. Bu pandemiyanı dayandırmaq üçün əvvəllər nümayiş etdirdiyiniz əməkdaşlığı davam etdirməliyik. Bu məsələdə hamımız birlikdəyik və hələ yolumuz uzundur. Lakin həmrəylik və əzmlə bu qlobal təhlükəni birlikdə dəf edəcəyik".
Xəbəri paylaş