Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda koronavirusa yoluxanların sayı 70 mini keçdi

İranda koronavirusa yoluxanların sayı 70 mini keçdi


Newscenter.az.11.04.2020. İranda son sutkada daha 125 nəfər koronavirusdan ölüb.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 357-yə çatıb.

K.Cahanpur deyib ki, İranda son sutkada infeksiya daşıyıcılarının sayı 1 837 nəfər artaraq 70 029-a yüksəlib.

Sözçü xəstəxanada müalicə alan 3 987 pasiyentin vəziyyətinin ağır olduğunu da vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 710 000-i ötüb. Bunların 382 041 nəfəri sağalıb, 103 506 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş