Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada 105,9 min nəfər koronavirusdan ölüb



Newscenter.az.12.04.2020. Dünyada koronavirusa yoluxanların sayı 1 696 588 nəfər təşkil edir.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST bildirib ki, bu günə kimi 105 952 insan pandemiyanın qurbanı olub.

Təşkilatın məlumatına görə, son bir gün ərzində 85 679 yoluxma hadisəsi qeydə alınıb, 6 262 insan ölüb.

Hazırda ən çox yoluxma əvvəlki kimi Avropa regionunda qeydə alınıb. Köhnə qitədə 880 106 nəfər COVID-19 infeksiyası daşıyıcısıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş