Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda koronavirusa yoluxanların sayı mini ötüb



Newscenter.az.12.04.2020. Ermənistanda koronavirusa yoluxanların sayı artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 26 yoluxma halı qeydə alınıb. Bununla da Ermənistan üzrə koronavirusa yoluxanların sayı 1 013-ə çatıb.

Bundan başqa, ölkədə koronavirusdan 13 nəfər ölüb, 197 pasiyent müalicə olunaraq sağalıb.
Xəbəri paylaş