Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır



Nərmin Hüseynzadə: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub”

Newscenter.az.12.o04.2020.
Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının Gənclər Birliyinin sədri Nərmin Hüseynzadə ölkədə həyata keçirilən gənclər siyasəti, cənab Prezidentin bu sahəyə diqqət və qayğısı, eləcə də həyatımızın müxtəlif sahələrini əhatə edən islahatlar və onun müsbət təsirləri barədə müsahibə verib. Newscenter.az həmin müsahibəni təqdim edir.

-Nərmin xanım, Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının Gənclər Birliyin sədri kimi qarşınıza qoyduğunuz əsas hədəf nədən ibarətdir?

-Yeni Azərbaycan Partiyasının Zəngilan rayin təşkilatının Gənclər Birliyinin sədri olaraq qarşıma qoyduğum əsas hədəf gənclərdə elmə və təhsilə olan marağın artmasına kömək etmək, milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik ruhunun yüksəldiməsinin, ideoloji prinsiplərimizin təbliği və sağlam həyat tərzinin formalaşdırılması, gənclər siyasətinin əsas istiqamətlərindən biri olan gənclərin asudə vaxtının səmrəli təşkilindən ibarətdir.

-Artıq bir neçə ildir ki, Azərbaycanda müxtəlif sahələrdə islahatlar həyata keçirilir. Ölkədə aparılan islahatları bir gənc olaraq necə dəyərləndirirsiniz?

-Cənab Prezident İlham Əliyevin düşünüb ortaya qoyduğu ideyalar və şəxsi təşəbbüsü sayəsində ölkədə inqilabi iqtisadi, sosial islahatlar aparılır ki, bu da son nəticədə əhalinin yaşayışını yaxşılaşdırır və dövlətimizin qüdrətini artırır. Azərbaycanda islahatlar müntəzəm olaraq keçirilir. Bu islahatların əsasını isə ulu öndər Heydər Əliyev 1993-cü ildən qoyub. Məhz o ildən başlayaraq Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoydu. Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ islahatların uğurla reallaşdırılması ölkəmizin iqtisadi qüdrətinin artması, əhalinin rifah halının yaxşılaşması ilə yanaşı, ölkəmizin beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilməsinə də şərait yaradıb. Müasir çağırışlara uyğun olaraq artıq islahatların yeni bir mərhələsi, xüsusilə kadr və struktur islahatlarının aparılması zərurətə çevrilib.

-Bəs ölkə gənclərin ictimai-siyasi həyatdakı fəaliyyətini necə dəyərləndirərdiniz?

Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar.


-Bəs, ölkəmizdə qadınlarla bağlı siyasətinin əsas səciyyəvi xüsusiyyətləri nədən ibarətdir?

Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb. Qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun qadın təşkilatları yaratdılar. Ümummilli miqyasda fəaliyyət göstərən qadın təşkilatları öz əsas məqsədi kimi Azərbaycanda qadının vəziyyətinin yaxşılaşdırılmasını, onun sosial-iqtisadi problemlərinin həllini və sair məsələləri qeyd edirlər. Bu gün də yeni-yeni qadın təşkilatları formalaşır, mövcud təşkilatlar isə öz şəbəkəsini, fəaliyyət dairəsini genişləndirir. Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Dövlət başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurulub, ölkəmiz sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilib. Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir.

NEWSCENTER.AZ
Xəbəri paylaş