Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili: "Koronavirus pandemiyası bitmədikcə əhalimizin təhlükəsizliyi və sağlamlığı hər birimizin diqqət mərkəzində olmalıdır"



Newscenter.az.12.04.2020. Koronavirus pandemiyası bitmədikcə əhalimizin təhlükəsizliyi və sağlamlığı hər birimizin diqqət mərkəzində olmalıdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Könül Nurullayeva səsləndirib. O, qeyd edib ki, təmsil etdiyi rayonda da dezinfeksiya işləri Nizami rayon İcra Hakimiyyəti və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ciddi şəkildə aparılır:

"Küçələr və prospektlər virus əleyhinə olan məhlullarla dezinfeksiya edilir. Xüsusilə qeyd etmək istərdim ki, bu həssas dövrdə K.Balakişiyev 46a, M.Abbasov 33, Q.Qarayev 73, Q.Qarayev 69 ( 71, 73, 77, 79, 81), Çobanzadə küçəsi və s. ünvanlarda yaşayan vətəndaşların müraciətini nəzərə alaraq yenidən müəyyən məhəllələrin dezinfeksiya edilməsi çox təqdirəlayiqdir".

Millət vəkili bu çətin dövürdə vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırdıqları üçün, onlara hər mənada dəstək verdikləri üçün Nizami Rayon İcra Hakimiyyətinin və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürünü bildirib:

"Sakinlərimizə təşəbbüslərinə və vətəndaş məsuliyyəti nümayiş etdirdiklərinə görə minnətdaram. Birliyimiz, həmrəyliyimiz və məsuliyyətimiz bizim yeganə nicat yolumuzdur!".

Mehman
Xəbəri paylaş