Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili professor Əjdər İsmayılovun müraciətini yüksək qiymətləndirdi



Newscenter.az.12.04.2020. “Bu günlərdə məşhur “91-lər” dən Turan Araşdırma Mərkəzi ictimai təşkilatın sədri hörmətli professor Əjdər İsmayılovun Qafqaz Müsəlmanları İdarəsinin sədri hörmətli Şeyxülislam Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Mübariz Qurbanlıya ünvanladığı müraciətini oxudum. Gözlərimin önündə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və imansız bir imperiyanın məhv edilməsi uğrunda can vermiş ilk qurbanlarımız olan 20 yanvar şəhidləri canlandı. Həmin günlərdə təcavüzkarlara sinə gərən, minlərlə faciə qurbanlarının, milyonlarla vətəndaşın yeganə ümid yeri – Qafqaz Müsəlmanları İdarəsi olduğunu yaxşı xatırlayıram”.

Newscenter.az xəbər verir ki, bu fikirləri milləıt vəkili Sadiq Qurbanov səsləndirib. O, bildirib ki, yanvarın 22-də şəhidlərin misli görünməmiş dəfn mərasimini təşkil edən hörmətli Allahşükür Paşazadə oldu:

“Başda şeyximiz olmaqla yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili, din xadimlərimizin nümayiş etdirdiyi mərdlik və fədakarlıq xalqımızın yaddaşından hələ də silinməyib. Bü günlərdə hər birimizə bəllidir ki, dünyada tüğyan edən koronovirus pandemiyasına qarşı mübarizə aparılır. Cənab prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı məlum Fərmanı həmrəyliyə çağırış kimi qəbul edərək dəyərli ziyalımız, professor Əjdər İsmayılovun Qafqaz Müsəlmanları İdarəsinin sədri hörmətli Şeyxülislam Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Mübariz Qurbanlıya ünvanladığı müraciətini yüksək qiymətləndir və öz təşəkkürümü bildirirəm. Eyni zaman da, bu müraciətə hörmətli Mübariz Qurbanlının məlum cavabını da çox yüksək dəyərləndirirəm. İnanıram ki, hər zaman olduğu kimi bu gündə ölkəmizdə başda Qafqaz Müsəlmanları İdarəsi olmaqla bütün müsəlmanlar və digər inanc sahibləri bu ağır zamanda Tanrının izni ilə dövlətimizin yanında olacaq, insanlarımızın bu bəladan xilas olmasına oz layiqli töfhələrini verəcəklər”.
Xəbəri paylaş