Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müxalifət partiyasından təklif-18 yaşına çatmamış hər bir uşağa 100 manat müavinət verməlidir



Newscenter.az.12.04.2020. “Bu gün bütün dünya, o cümlədən də Azərbaycan çox böyük sıxıntı ilə üz üzədi. Koronavirus pandemiyası səbəbindən iqtisadiyyarlar çökür, insanlar iş yerlərini itirir, dolanışıq səviyyəsi kəskin şəkildə aşağı düşür. Düşünürəm ki, pandemiya dövründən sonra belə iqtisadiyyatın dirçəlməsinə uzun zaman lazım olacaq və insanların maddi durumları daha da aşağı düşəcək”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimovun qənaətincə, Azərbaycan dövləti təcili şəkildə uşaqpullarının verilməsi prosesinə başlamalı, 18 yaşına çatmamış hər bir uşağa 100 manat müavinət verməlidir:

“Bu müavinətlərin verilməsi ilə dövlət eyni zamanda hər bir ailəyə yardım etmiş olar və həmin ailələrin sıxlntılarını nisbətən qarşılaya bilər”.

Mehman
Xəbəri paylaş