Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbi Kaspi Universitetində “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsulları” adlı veb konfrans keçirilib



Newscenter.az.12.04.2020. Qərbi Kaspi Universitetində “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsulları” adlı veb konfrans keçirilib. Newscenter.az xəbər verir ki, Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov iştirakçıları salamlayaraq, koronavirus pandemiyasının bütün sahələrdə yeni çağırışlar yaratdığını, təhsil sahəsində də yeni yanaşma və texnologiyaların tətbiqinin zəruriliyini önə çıxardığını qeyd edib.

Konfransda Qərbi Kaspi Universiteti ilə yanaşı digər ali təhsil ocaqlarının müəllim və mütəxəssislərinin, eyni zamanda, Türkiyə və Gürcüstanın ali təhsil ocaqlarının tədqiqatçılarının çıxışları dinlənilib.

Çıxışlarda Onlayn dərslərin inkişaf tarixi və ən çox istifadə olunan tədris proqramları, Onlayn dərslərin keçirilməsində istifadə olunan kompyuter proqramları və veb platformalar, Xətti və qeyri-xətti interaktiv üsulun onlayn tədrisdə üstünlüyü, Distant formada imtahanların təşkili: Üstünlüklər və çatışmamazlıqlar, Görüntülü və canlı dərslər: onların keyfiyyətli idarə olunması, Tərcümə fənlərində veb tədrisin tətbiqi üsulları, Onlayn təhsil: qlobal ehtiyacların transformasiyası və ya yeni dövrün çağırışları, eləcə də ayrı-ayrı sahələrdə distant təhsilin üstünlük və çatışmazlıqları, başlıca problemləri nəzərdən keçirilib.

Daha sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, məruzəçilər sualları cavablandırıblar.

Qeyd edilib ki, Qərbi Kaspi Universitetinin təşkil etdiyi konfrans bu sahədəki perspektiv və problemləri nəzərdən keçirməyə şərait yaratmaqla bərabər, yeni çağırışlar qarşısında atılmalı olan addımları müəyyən etmək, bu istiqamətdə daha məqsədyönlü çalışmaq üçün təkan verir.
Konfrans universitetin Youtube kanalında canlı olaraq yayımlanıb.

Sevinc
Xəbəri paylaş