Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Ermənistana yardım edəcəkmi?

Türkiyə Ermənistana yardım edəcəkmi?


Newscenter.az.12.04.2020. Ermənistanın rəsmi şəkildə Türkiyədən koronavirusa qarşı mübarizə üçün yardım istəməyi qeyd edilir.

Piolitoloq Məhəmməd Əsədullazadə Newscenter.az-a verdiyi açıqlamada bunun səbəbini onunla izah edib ki, Ermənistanda koronavirus ordu sıralarında geniş yayılıb, işğalçı ölkə ciddi şəkildə maska və digər zəruri tibbi ləvazimatlarla ordunu təchiz edə bilmir:

“Türkiyənin bir neçə ölkəyə tibbi yardım etməsi görünür Ermənistanı da şirinkilşdirib və öz düşmənçiliyinə rəğmən belə bir yardım istəyir. Ermənistan Azərbaycanın 20 faiz ərazinini işğal edərək burada öz silahlı qüvvələrini saxlayır. Həmçinin Türkiyəyə qarşı ərazi iddiası irəli sürür. Amma, Azərbaycana qardaş və müttəfiq olan ölkədən yardım istəyir”.

Politoloq hesab edir ki, Ermənistan rəhbərliyi birinci Qarabağ müharibəsində Türkiyədən taxıl yardımı almışdı və görünür eyni ssenarinin baş tutmasında maraqlıdırlar:

“Qeyd edim ki, İstanbulda Erməni kilsəsi bu yardımın reallaşması üçün lobbiçilik edir. Məhz erməni kilsəsi Ermənistan hakimiyyətinə tövsiyə edib ki, rəsmi şəkildə yardım istəyin. Türkiyə Ermənistanın işğalçı siyasətinə görə qəti şəkildə bu ölkəyə koronavirusla mübarizəyə görə yardım etməməlidir. Türkiyə Azərbaycanın dostu və qardaş ölkədir. Türkiyə rəhbərliyi İsrailə məhz Fələstinə tibbi ləvazimatlar vermədiyinə görə, bu ölkəyə lazimi tibb ləvazimatlar vermədi. Ümid edirəm Ermənistanla da belə olacaq”.

Politoloqun sözlərinə görə, Türkiyədən Ermənistana tibbi yardımlar verilərsə, Yereavandan birbaşa Azərbaycanın işğal olunmuş ərazilərində dislokasiya olunmuş işağlçı ordusuna bu tibbi ləvazimatları göndərməsinə heç kim zəmanət vermir:

“Ermənistan Qarabağda əsgərlər arasında virusun yayılmaması üçün ciddi tədbirlər görməyə çalışır. Ona görə də Türkiyə Ermənistanın yardımını cavablandırmamalıdır. Humanitar missiya olsa da buna gedilməməlidir. Necə ki, ABŞ İranda pandemiyanın geniş vüsət almasına baxmayaraq, bu ölkəyə sanksiyaları geri götürmür və əsaslandırır ki, sanksiyalar götürülsə, İran bundan terrorçu təşkilatları ayaqda tutacaq. Həmçinin İranın şərtləri yerinə yetirmədiyi üçün buna getmir. Göründüyü kimi dünyanın demokratiya dövləti məhz belə mövqe ortaya qoyur. Ona görə də Türkiyənin Ermənistana yardımı reallaşmamalıdır”.


Mehman
Xəbəri paylaş