Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

26 marşrut xətt üzrə 40-a yaxın küçə və yol təmir olunur



Newscenter.az.16.04.2020. Sərnişindaşımanın rahat şəkildə təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən küçə və yollar təmir olunur.

Newscenter.az xəbər verir ki, təmir işləri Bakı şəhərində 7 rayon ərazisində, həmçinin Abşeron rayonunda müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların marşrut hərəkəti üzrə Bakı Nəqliyyat Agentliyinin müraciəti əsasında aparılır.

Rahat gediş-gəlişin təmin edilməsi istiqamətində aparılan təmir işləri Qaradağ, Sabunçu, Binəqədi, Xətai, Səbail,Suraxanı, Xəzər və Abşeron rayonları ərazisində 26 marşrut xətt üzrə 40-a yaxın küçə və yollarda görülür.

Təmir işləri zamanı çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Asfaltlanma işləri ümumilikdə 1500 kv.m-ə yaxın sahəni əhatə edəcək.

Anar
Xəbəri paylaş