Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“AzerGold” QSC qanvermə aksiyası keçirib



Newscenter.az.16.04.2020. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışına və təşəbbüsünə qoşularaq qanvermə aksiyası keçirib.

Newscenter.az xəbər verir ki, cəmiyyətin əməkdaşları irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər.

Həkim hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən olunub və hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürülüb. Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Sevinc
Xəbəri paylaş