Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İcazə sistemindən sui-istifadə edən Lənkəran sakinləri cərimələndi



Newscenter.az.16.04.2020. Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranış sərgiləyən, həmçinin icazə sistemindən sui-istifadə edən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Newscenter.az-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər.

Belə ki, 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciətlər edərək epidemiya əleyhinə rejimin qaydalarını pozan 6 nəfər Lənkəran sakininin Nəsimi küçəsində futbol oyunu təşkil etdikləri aşkarlanıb. Həmin şəxslər ŞRPŞ –yə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.
Xəbəri paylaş