Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belarusda koronavirusdan ölənlərin sayı 45-ə çatdı



Newscenter.az.18.04.2020. Belarusda daha 2 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

“Aprelin 18-nə olan məlumata görə, Belarusda 3 282 nəfər stasionar müalicədədir, 458 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. 510 nəfər üzərində isə dəqiqləşdirici dianostika aparılır. Pasiyentlərin bir qismi ambulator müalicədədir. Ölənlərin sayı 45-ə çatdı”, - açıqlamada vurğulanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 275 000-i ötüb. Bunların 582 443 nəfəri sağalıb, 156 104 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş