Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrükçülər qanvermə aksiyasında iştirak ediblər



Newscenter.az.18.04.2020. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlayan qanvermə aksiyasında Dövlət Gömrük Komitəsinin əməkdaşları da fəal iştirak edirlər.

Newscenter.az u barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Bildirilir ki, qurumun mərkəzi aparatının, Bakı Baş Gömrük İdarəsinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları könüllü şəkildə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankında qan veriblər. Könüllü gömrükçülər də aksiyada iştirak edib.

Ümumilikdə 120 gömrük əməkdaşı və 10 nəfər könüllü gömrükçü qan verib.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınmasında ciddi nəticələr əldə olunmasına şərait yaradan xüsusi karantin rejimi, sosial izolyasiya kimi tədbirlərin reallaşdırılması zamanı bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi məqsədilə Heydər Əliyev Fondu qanvermə aksiyasının keçirilməsi təşəbbüsünü irəli sürüb.
Xəbəri paylaş