Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ali və peşə təhsili müəssisələrinin vəzifələri artırıldı

Ali və peşə təhsili müəssisələrinin vəzifələri artırıldı


Newscenter.az.20.04.2020 Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə və “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ali və peşə təhsil müəssisələrinin vəzifələri artırılıb.

Ali təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq. Eyni zamanda peşə təhsili müəssisəsi də “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq.

Həmçinin bundan sonra peşə təhsili müəssisəsi təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etməklə yanaşı, habelə təhsilalanları dərsliklərlə pulsuz təmin edəcək.
Xəbəri paylaş