Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada koronavirusa yoluxanların 15 faizi yaşlılardır



Newscenter.az 20.04.2020. "Rusiyada koronavirusa yoluxanların 15,5 faizi 65-dən yuxarı yaşda olan vətəndaşlardır".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Tatyana Qolikova bildirib.

Onun sözlərinə görə, Rusiyada koronavirusa yoluxma kişilər arasında orta hesabla 44,7, qadınlarda isə 47,9 yaşa bərabərdir.

T.Qulikova deyib ki, pandemiya Rusiyanın 76 regionunu əhatə edib.

Son sutkada Rusiyada 4 268 yoluxma hadisəsi qeydə alınıb. Ümumilikdə isə 47 121 nəfər infeksiyaya yoluxub.
Xəbəri paylaş