Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni həyasızlığı sərhəd tanımır



Newscenter.az.21.04.2020. "Bir müddət əvvəl İrəvandan Türkiyənin Van şəhərinə, cəmi 35 dəqiqəlik təyyarə ilə birbaşa uçuş təşkil edidi. Van şəhərinin rəhbərliyi tərəfindən hava limanında qarşılanan, erməni əsilli amerikalı iş adamının iştirakı ilə, haylar təyyarədən enən kimi torpağı öpərək, böyük coşqu ilə ilk dəfə “böyük ermənistanın” son paytaxtından- ilk paytaxtına gəldiklərindən xoşbəxt olduqları haqda bəyanatlar səsləndirdilər. Sonra şəhər rəhbərliyi ilə rəsmi görüşlər keçirildi və çox təəssüf ki, sapı özümüzdən olan, baltalar, ermənilərin necə tarixi acılıqları yaşadıqları, nələr çəkdikləri barədə uydurmalar səsləndirməklə, idman, mədəniyyət, turizm vasitəsiə dünya ermənilərinin Türkiyədə yaşayan ermənilərlə inteqrasiyasının vacibliyini vurğulamaqla, faktiki olaraq çörəyini yedikləri, havasını udduqları torpağa qarşı növbəti xəyanətin əsasını qoydular”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Nəsib Məhəməliyev səsləndirib. O, qeyd edib ki, ermənilərin başçısı, dünya erməni təşkilatlarının, növbəti il üçün ümumerməni idman oyunlarının İrəvanda və Vanda keşirilməsi barədə razılığa gəldiklərini bidirdi:

“Daha sonra, əhalisinin xeyli hissəsini Azərbaycan türklərinin təşkil etdiyi Qars və İqdır vilayətlərinə səfərləri çərçivəsində şəhər rəhbərlikləri tərəfindən qonaqpərvərliklə qarşılandılar və onların qarşısında ermənilərə aid tarixi abidələrin, daxmaların bərpası məsələlərini də konkret müddət qoyaraq, qaldırdılar. Türklərə qarşı qırğınlar törətmiş daşnak cəlladlarının qəbirləri ziyarət olundu, dualar oxundu. Qars şəhəri ilə Ermənistanın Gümri şəhərlərinin qardaşlaşması ilə bağlı fikirlər səsləndirildi. İqdır şəhərinin bələdiyyə başçısı isə sevincindən az qala özünü itirmişdi. Dərhal vəzifə səlahiyyətlərini aşaraq, iki ölkə arasında sərhədlərin açılması, iqtisadi və digər əlaqələrin bərpa olunması zəruriliyi barədə sərsəm bəyanatlar verdi. Elə təəssürat yarandı ki, hətta ermənilərdən daha çox ermənidir”.

“Erməni həyasızlığı sərhəd tanımır” deyən millət vəkili qeyd edib ki, Vana səfər edən ermənilər Musa dağının ətəklərində, Qədim Klikiya krallığına aid kilsədə diasporanın məşəli yandırılandan sonra Muş -Ani yolunun üstündə yerləşən türk qatili, erməni quldurlarının komandiri olmuş, Gevorq Çağışın qəbir daşlarına, sonradan Qarabağa aparacaqları, ermənistanın və “Artsağın” bayraqlarını sərməklə, qatı türk düşmənlərini türk torpaqlarında yad etdilər:

“Dünyanın hər bir küncündə özlərinə məskən salmış gənc ermənilərin beyinlərini zəhərləmək üçün çoxlu sayda şəkil çəkdirməklə, xəstə erməni ideologiyasını təbliğ etmək üçün əyani vəsait topladılar. Van, Qars, İqdır, Muş şəhərlərinin bələdiyyə başçılarını Qarabağda keçiriləcək 7-ci ümumerməni yay oyunlarına dəvət etdilər. Onlar da böyük məmnuniyyət hissi ilə iştirak edəcəklərini bildirdilər”.

Nəsib Məhəməliyev deyib ki, qarşıdan 24 aprel gəlir və həmişə olduğu kimi, Ermənistan başda olmaqla, dünyanın bir çox ölkələrində yerləşən Türkiyə səfirliklərinin, diplomatik nümayəndəliklərinin qarşısında, meydanlarda, kilsələrdə saxta “erməni soyqırımı” ilə bağlı ağlaşmalar qurulacaq, türk bayraqları yandırılacaq, cəhənnəmə gedənlərin sayı şişəcək, yeni-yeni nağıllar uydurulacaq:

“Dünyada gedən sivilizasiyar arası qarşıdurmadan öz çirkin məqsədləri üçün istifadə edərək, ən qədim xristian dəyərlərinin daşıyıcıları olduqları,müsəlman ölkələri arasında boğulduqları barədə uydurmalar səsləndirəcəklər. Baxmayaraq ki, özlərini müsəlman ölkəsi adlandıran bəzi dövlətlərlə qardaşdan da yaxın münasibətdədirlər. Yaradılan şəraitə rəğmən öz dövlətinə qarşı xəyanət etmiş, altmış beş türk diplomatını xaincəsinə terror yolu ilə qətlə yetirən, on minlərlə mülki vətəndaşa qarşı soyqırımı törədən erməni cəlladlarına qarşı belə bir sayğı, bütövlükdə şəhidlərin ruhuna hörmətsizlikdir. Maraqlıdır bu gün ermənilərin fitvasına uyaraq vətənlərinə xəyanət edən həmin bələdiyyə başçıları aprelin 24-də millətlərinin “dostları” tərəfindən təhqir olunanda reaksiyaları necə olacaq. Bu suallar, vətənpərvər türklər tərəfindən verilməlidir. Türklər, qədim dövlətçilik ənənələrini yaradan, böyük millət olaraq , ermənilərin hərəkətlərini ciddiyə almırlar. Bəziləri hesab edirlər ki, ermənilərlə münasibətlərin normallaşması nəticəsində,onlara qarşı qaldırılan və getdikcə bir çox ölkələrin parlamentlərinin tanıdığı saxta ,erməni qenosidi, və ərazi, mülkiyyət iddialarından əl çəkəcəklər. Yox,yox, bir də yox cənablar. Siz elə bilirsiniz ki, ermənilər Türkiyəyə gələrək insanlığı öyrənəcəklər. Əsla yox. Onlar uşaqdan böyüyə, təpədən dırnağadək “böyük Ermənistan” xəstəliyinə tutulublar. Müasir dünyada bu sağalmaz xəstəliyin diaqnozunu qoymaq olduqca rahat, ancaq müalicəsi yoxdur və olmayacaq. Əmin olmaq istəyirsinizsə, istər Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində, istərsə dünyanın müxtəlif ölkələrində, ermənilərin türklərə münasibəti haqqında sorğu keçirin. Əminəm ki, nəticə 100% olacaq”.

Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı, sülhsevər xalq olaraq bütün ölkələrlə, ələlxüsus qonşularla sülh şəraitində yaşamaq istəyir və bunun üçün onlara hər cür köməkliklər göstərir:

“Ermənilər isə əksinə, İrandan başqa bütün qonşularına qarşı ərazi iddiaları ilə çıxışlar edir, onların maddi və mənəvi sərvətləni özününküləşdirməkdən belə çəkinmirlər. Geosiyasi oyunlarda böyük güclərin əlində, marionet, rolunu oynamaqla öz çirkin niyyətlərini həyata keçirirlər. Hesab edirəm ki, bu məsələ ilə bizim bəzi dövlət orqanları ciddi məşğul olmalıdır. Bunun üçün əlimizdə kifayət qədər,həm diplomatik, həm də ənənəvi bizə yaxın olan resurslar mövcuddur. 1. Xarici İşlər Nazirliyi ilk növbədə, heç bir ölkə təfindən tanınmamış “Arsax bayrağının” gələcəkdə Türkiyə ərazisində, müxtəlif tədbirlərdə, dağlarda nümayiş etdirilməsinin yol verilməzliyi, ayrı-ayrı bələdiyyə başçılarının, nümayəndə heyətlərinin Dağlıq Qarabağa səfərlərinin Azərbaycan qanunlarına zidd olması barədə türkiyəli həmkarlarına xəbərdarlıq etməli, Azərbaycanın işğal olunmuş əraziləri azad olunmayana, ermənilərin Türkiyəyə qarşı əsassız iddialarından imtina edilməyənə qədər hava və digər əlaqələrin kəsilməsi təmin olunmalıdır. 2. Ənənəvi olaraq bizə yaxın, eyni zamanda Ermənistanla həmsərhəd olan, Van, Qars, İqdır vilayətlərində, diaspora fəaliyyətində əvvəllər buraxılmış nöqsanların aradan qaldırılması üçün Diasporla İş üzrə Dövlət Komitəsi sistemli və əsaslı iş aparmalıdır. Son dövrlərə qədər o bölgələrdə azərbaycanlıların mövqeləri kifayət qədər güclü idi. Seçkilər ərəfəsində yaranan parçalanmalar səbəbindən soydaşlarımızın mövqeləri zəiflədi. Necə deyərlər; Müqəddəs yer boş olmur. Tarix, ondan nəticə çıxaranları mükafatlandırır”.

Anar
Xəbəri paylaş