Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Mazımçay" gömrük postunun əməkdaşları aztəminatlı ailələrə yardım ediblər



Newscenter.az.21.04.2020. Xüsusi karantin rejimi dövründə Dövlət Gömrük Komitəsi tərəfindən aztəminatlı ailələrə dəstək tədbirləri davam etdirilir.

Newscenter.az-a DGK-dan bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun əməkdaşları 50 aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

Ailələr isəöz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

Zaur
Xəbəri paylaş