Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minsk qrupu həmsədrləri XİN başçılarının görüşü ilə bağlı bəyanat yaydı



Newscenter.az.21.04.2020. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü ilə bağlı birgə bəyanat yayıb.

Bu barədə “Report”a ATƏT-dən məlumat verilib.

Bəyanatda qeyd edilir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri, ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün birgə video-konfrans daxil olmaqla, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə martın ortalarından sıx məsləhətləşmələr keçirir.

Məsləhətləşmələrin gedişatında iştirakçılar qlobal böhranın regionun səhiyyə sisteminə son hadisələrə təsirini müzakirə ediblər. Onlar həmçinin Cenevrədə bu ilin 30 yanvarında yayılmış birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində növbəti addımları nəzərdən keçiriblər.
Xəbəri paylaş