Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Silah və hərbi texnikalar yay istismar rejiminə keçirilir-VIDEO



Newscenter.az.21.04.2020. Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində 2020-ci ilin döyüş hazırlığı planına əsasən silah, döyüş və xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilir.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materialları hərbi hissələrdəki texniki xidmət məntəqələrində dəyişdirilir və onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

Silah, döyüş və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə keçirilmənin məqsədi hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasını təmin etməkdir.
Xəbəri paylaş