Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyi də iş fəaliyyətini onlayn formada davam etdirir



Newscenter.az.21.04.2020
. Ölkəmizdə koronavirus (COVID-19) infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən məqsədyönlü tədbirlər görülməkdədir. Hazırda müxtəlif sahələr üzrə müəssisələr fəaliyyətində fasilələrin yaranmaması və lazımi işgüzar mühitin dəstəklənməsi məqsədilə onlayn formada iş fəaliyyətini davam etdirirlər.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsi Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyi də iş fəaliyyətini onlayn formada davam etdirir. Muzey eksponatları haqqında video çarxlar hazırlanıb sosial şəbəkələrdə mütəmadi paylaşılır.

Həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Evdə qal evdə yarat” təşəbbüsünə uyğun olaraq evdə yaradıcılıq ilə məşğul olan insanların əl işlərinə video çarx hazırlanıb muzeyin sosial şəbəkə səhifələrində paylaşılır.
Xəbəri paylaş