Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusa yoluxanların sayı 2,4 milyona çatır



Newscenter.az.22.04.2020. Dünyada koronavirus qurbanlarının sayı 162 min nəfəri ötüb.

“Report”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.

Təşkilat qeyd edib ki, dünyada COVID-19-a yoluxanların sayı 2 397 216 nəfər təşkil edir.

ÜST-ün son məlumatına görə, dünyada son bir gün ərzində koronavirusdan 5 109 ölüm qeydə alınıb, bununla yanaşı, daha 83 min insan COVID-19-a yoluxub.

Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə 1 187 184 nəfər koronavirus daşıyıcısıdır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş