Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokio-2020: Təşkilat Komitəsinin üzvündə koronavirus aşkarlandı



Newscenyter.az.22.04.2020
. Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin üzvlərindən biri koronavirusa yoluxub.

“Report” “Kyodo”ya istinadən xəbər verir ki, infeksiya komitənin katibliyində işləyən 30 yaşlı şəxsdə aşkarlanıb. Onun adı açıqlanmayıb və hazırda evdə müalicə aldığı vurğulanıb.

Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.
Xəbəri paylaş