Impera

XƏBƏR LENTİ
12:50Sabah Bakıda 32 dərəcə isti olacaq12:39Yer kürəsinə potensial təhlükəli asteroid yaxınlaşacaq12:23Maska taxmayanlar 50 manat cərimə ediləcək12:10Salyanda uzunluğu 11 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur11:58Prezident Sumqayıta 6 milyon manat ayırdı11:41Süni mayalanma ilə doğulmuş 25 370 baş buzova görə fermerlərə subsidiya ödəniləcək11:34BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır11:21Bakıda karantini pozan kafe sahibi cəzalandırıldı11:04Millət vəkili hesabat verdi10:55AQTA əməkdaşları Şəki-Zaqatala bölgəsində fitosanitar müşahidələr aparıb10:43Azərbaycanın poçt markası beynəlxalq müsabiqədə təmsil olunur10:25Koronavirusla mübarizədə medianın rolu və yeni çağırışlar10:00Sədaqət Vəliyeva: " Hər bir məsuliyyətsiz davranma öz həyatını, ətrafını risk altına atmaq deməkdir"09:30Düşmən atəşkəsə əməl etmir09:00Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü00:21Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı23:11İlham Əliyev: "Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpası prosesindəyik"22:45Millət vəkili Anar Məmmədov uşaqları belə təbrik etdi-FOTOLAR22:25Dövlət başçısı: "Düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik"21:44Tramp yeraltı sığınacağa qaçdı21:36Türkiyədə COVID-19 qurbanlarının sayı 4 500-ü ötdü21:30Azərbaycan Prezidenti ilə Asiya İnkişaf Bankının rəhbərləri arasında videokonfrans keçirilib - YENİLƏNİB21:03XƏBƏRDARLIQ-Koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq20:44Prezidentin hədəfi Xalq Cümhuriyyətimizə qarşı ideoloji dava aparmaq deyil20:15Mətanət Musayeva: "Dünyanın ən məsum varlıqlarını - Gələcəyimizi təbrik etmək istədim..."20:04“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi “Kitab Sovqatı” aksiyası keçirib19:39Rusiyadan Bakıya yeni metro vaqonları yola salındı19:08Azərbaycanda 5 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib19:00AQTA Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlayıb18:47Azərbaycanda koronavirusdan ölüm sayında rekord göstərici18:40Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub18:17KOBİA bərbərxana və gözəllik salonları ilə onlayn görüş keçirib17:34Azərbaycan-Xorvatiya münasibətləri Milli Məclisdə müzakirə olunub17:15Azərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildi16:45Gömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıb - VİDEO16:30"Məktəb psixoloqundan tövsiyələr": XXV videoçarx16:14Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb-VİDEO16:00AQTA qida məhsulları idxal edən sahibkarlara müraciət etdi15:45Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”15:31Prezident Milli Məclisin iclaslarına gələndə Dövlət himni ifa ediləcək15:22Təhsil naziri uşaqları təbrik etdi15:06Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI14:48Hərbi Hava Qüvvələrinin aviasiyası döyüş atışlı taktiki-uçuş təlimləri keçirib-VİDEO14:30Qoruyucu maskadan istifadə etməyən sərnişinlərin ictimai nəqliyyatda hərəkəti məhdudlaşdırılacaq.14:17Buraxılış və qəbul imtahanlarında iştirak edəcək şəxslərdən “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamə tələb olunacaq14:00Gürcüstanda 100-dən çox uşaq və yeniyetmə koronavirusa yoluxub13:38Millət vəkili Könül Nurullayevadan qayğıya ehtiyacı olan uşaqlara dəstək-FOTOLAR13:20Sabah 37 dərəcə isti olacaq13:14DMX ölkədə olma müddəti bitən əcnəbilərə müraciət etdi13:03Koronavirusla bağlı məlumatları WhatsApp vasitəsilə öyrənmək olacaq12:53KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir12:43Azərbaycan Prezidenti ilə Asiya İnkişaf Bankının rəhbərləri arasında videokonfrans keçirilib12:21Bakı Ali Neft Məktəbi onlayn Yay Məktəbi təşkil edəcək12:11Gömrük nəzarətindən gizlədilən etiketlər aşkar edilib11:45Qəbul imtahanlarında keçid balı azaldılır? - RƏSMİ11:27Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi11:13İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək11:01Ermənistanda koronavirusa yoluxanların sayı 9 402 nəfərə çatıb, 139 nəfər ölüb10:45Keçən ay ARDNF tərəfindən 334 milyon ABŞ dolları məbləğində vəsait satılıb10:36Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Instagram” səhifəsində paylaşım edib10:27Uşaqlar günü Metropolitendə qeyd olunur10:17Azərbaycanda 2 hektar sahədə narkotik bitki aşkarlandı10:14Nikol Paşinyan koronavirusa yoluxub10:00İş yerində narkotik becərən şəxs saxlanıldı09:48Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür09:35İyunun 6-7-də buraxılış imtahanı keçiriləcək - QRAFİK09:30Ermənilər atəşkəsi 23 dəfə pozub09:15“Lider TV"nin müflis elan edilməsi üçün iddia qaldırılıb08:00Bərdədə ana və qızı tüfənglə qətlə yetirildi - FOTO22:17Türkiyədə koronavirus 4 540 nəfərin ölümünə səbəb oldu21:44Koronavirus dünyanın bütün ölkələrində tüğyan edən bəladır və ona etinasız yanaşmaq, yolverilməzdir21:21Azərbaycanda 300 minə yaxın şəxs koronavirus testindən keçirilib21:09Sosial şəbəkələrdə təhqirlə məşğul olan, ictimai rəyi çaşdırmağa cəhd edənlər məsuliyyətə cəlb edilməlidir20:49Deputatların KİV və sosial şəbəkələrdə fəallığı barədə hesabat hazırlanacaq20:31Milli Məclisdə xüsusi iş qaydası tətbiq edilib19:42Düşmənlə səngərdə olan əsgər və zabitlərimiz torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirlər19:17Şamaxı rayon ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər18:26Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı18:01Bahar Muradovanın iştirakı ilə onlayn konfrans keçiriləcək17:30Koronavirusa yoluxanların sayı 5500-ə çatır17:16Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb17:03Bu yolda hərəkət qısamüddətlik məhdudlaşdırılır16:54Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı16:43İnternet resurslarının hüquqi tənzimlənməsi problemi16:2882 deputat Milli Məclisin növbədənkənar sessiyasının çağırılmasını istəyib16:18Milli Məclis tibbi maskaya görə cərimələrlə bağlı qərar qəbul etdi15:58Ermənistan iqtidarı hazırkı danışıqlar kursunun dəyişməməsində maraqlıdır15:34Zahid Oruc: "“Parlament müxalifəti” haqqında qanun qəbul olunsun"15:16DADP sədri: "Kimlərsə sosial şəbəkələrə yalnız və yalnız dezinformasiya yaymaq məkanı kimi baxır"14:34Müdafiə Nazirliyi deputatı yalan danışmaqda ittiham etdi14:15Nazirlik: " İdman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsinə verilir"13:55Ayı tutularaq Reabilitasiyası Mərkəzinə göndərildi - VİDEO13:46Azərbaycanda daha bir vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunub13:32Millət vəkili: "İnsanlar səhlənkarlıq edərlərsə, infeksiya yenidən geniş şəkildə yayıla bilər"13:15Şəkinin küçələrində peyda olan ayının aqibəti necə oldu?-VİDEO12:45Siyavuş Novruzov Operativ Qərargahı tənqid etdi12:22Milli Məclisin Sədri: “Deputatlar telefondan başını qaldırmır”12:13Uşaqların Mehriban dünyası11:47Bakı Ali Neft Məktəbinin əməkdaşlarının COVID-19 analiz nümunələrinin nəticələri neqativ çıxıb11:37Ayı Altıağac Milli Parkına aparılacaq
BÜTÜN XƏBƏRLƏR
Haziran 2020 (69)
Mayıs 2020 (949)
Nisan 2020 (1438)
Mart 2020 (1234)
Şubat 2020 (624)
Ocak 2020 (9)

«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Vətəndən uzaqlarda yaşasam da hər zaman ürəyim, qəlbim Azərbaycanımızla döyünür

22 Aprel 2020, 18:31   


Newscenter.az.22.04.2020. Dünyanın dörd bir yanında yaşayan, orada diaspor təşkilatları, Azərbaycan cəmiyyətləri tərkibində çalışan, fəaliyyət göstərən, müxtəlif təşkilatlara rəhbərlik edən soydaşlarımız günümüzdə ölkəmzin haqq səsinin yaşadıqları dövlətin ictimiayyətinə, rəsmi dairələrinı çatdırılmasında fəal iştirak edir, Azərbaycanımızı layiqincə təmsil edirlər. Günümüzdə ölkəmizi Azərbaycandan kənarda layiqincə təmsil edən təşkilatlardan biri də “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətidir. Fəaliyyət göstərdiyi qısa bir müddət ərzində bir sıra mühüm layihələrə imza atıb, tədbirlər keçirən cəmiyyət, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində qarşıdakı müddətdə bir sıra addımlar atmağı hədəfləyib. “OLAYLAR”-a verdiyi müsahibədə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov həm rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, həm də qarşıda duran məqsəd və vəzifələrdən danışıb.

-Rəşid bəy, ilk sualım “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti ilə bağlıdır. Rəhbərlik etdiyiniz cəmiyyət nə zamandan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətlərinə nələr daxildir?

-‘’QALA’’ Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 13 fevral 2017 cı-il ildə Yunanıstanın Saloniki şəhərində dövlət qeydiyyatından keçib. Cəmiyyət yarandığı gündən Yunanıstanda yaşayan azərbaycanlıların hüquqlarının qorunması, Yunanıstanda yaşayan azərbaycanlı icmasının davamlı yaşayışı və inkişafı üçün dəstək göstərilməsi, Azərbaycan dilinin öyrənilməsi, etnik və intellektual dəyərlərin irəliləməsi üçün ön şərtlərin formalaşdırılması, Yunanıstanda Azərbaycan tarixi və Azərbaycanda Yunanıstan tarixi kimi etnik və mədəni dəyərlərin sərgilənməsi və mübadiləsi istiqamətində fəaliyyət göstərib. Eyni zamanda Yunanıstanda və Azərbaycanda, həmçinin digər xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə birlikdə tədbirlərin təşkil edilməsi, elmi tədqiqatların, görüşlərin, seminarlar və dəyirmi masa toplantıların, xeyriyyə tədbirlərinin, marafonlar və digər tədbirlərin təşkili, iki ölkə arasında mədəni özəlliklərin daha yaxşı başa düşmək üçün qarşılıqlı mədəni tədbirlərin təşkili, Azərbaycan diasporunu təmsil edən oxşar beynəlxalq təşkilatlarla əlaqələr yaradılması və genişləndirilməsi, Yunanıstan ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi, turizm sahəsində Yunanıstan-Azərbaycan əlaqələrinin ön şərtlərinin irəli sürülməsi, iki ölkə arasındakı iqtisadi, ticarət və iş sahələrinin hərəkətə keçirilməsi istiqamətlərini məqsəd kimi müəyyən edib.

-Azərbaycandan kənarda fəaliyyət göstərən hər bir təşkilat, hər bir cəmiyyət heç şübhəsizdir ki, Vətənimizin siması, Azərbaycanın haqq səsinin həmin cəmiyyətə çatdırılması deməkdir. Bu mənada “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan həqiqətləri, ölkəmizin üzləşdiyi işğal faktının yunan ictimaiyyətinə çatdırılmasında hansı addımlar atır, tədbirlər görür?

-“QALA‘‘ Cəmiyyəti də bütün diaspor təşkilatları kimi Azərbaycanımızın haqq səsini və üzləşdiyimiz işğal faktlarını Yunanıstan cəmiyyətinə çatdırır. Qarabağın Azərbaycanın tərkib hissəsi və bizim əzəl dədə-baba torpağımız olduğu, erməni hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşlarımızın Qarabağ və Ermənistandan qaçqın və məcburu köçkün vəziyyətinə düşməsi haqqında məlumat verilir. Hər il Xocalı qətliamı, 31 Mart soyqırımı və qanlı 20 Yanvar hadisələri haqqında sənədli filmlər nümayiş etdirilir, broşur və DVD videolar paylanılır və tədbirlər keçirilir. Tədbirlərimizə yerli İcra Hakimiyyəti nümayəndələri, bələdiyyələr, QHT fəalları, Saloniki şəhərində yerləşən fərqli dövlətlərin konsulluqları, universitet müəllimləri, iş adamları, yunan və yerli türk, gürcü və başqa gənclər, tələbələr dəvət olunurlar. Yerli kütləvi informasiya vasitələri üçün də Azərbaycanımızın haqq səsi və üzləşdiyimiz işğal haqqında məlumatlar veririk.

-Rəhbərlik etdiyiniz cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən birini təbii ki, Yunanıstanla Azərbaycan arasında dostluq əlaqələrini daha da inkişaf etdirmək, möhkəmləndirmək təşkil edir. Bu mənada “QALA” yaxın vaxtlarda Bakı ilə Afina arasında dostluq münasibətlərinin bir qədər də inkişaf etdirilməsi istiqamətində hansısa layihələr, tədbirlər həyata keçirməyi düşünürmü?


-“QALA’’ Cəmiyyətinin məqsədi, vurğuladığımız kimi iki ölkə arasındakı dostluq əlaqələrini daha da möhkəmləndirmək, inkişaf etdirmək və yeni layihələr, tədbirlər həyata keçirməkdir. Cəmiyyət olaraq ötən müddət ərzində Azərbaycan mədəniyyətinin təbliği istiqamətində də çoxlu tədbirlər keçirmişik. Qarşıdakı müddətdə də görüləcək tədbir və layihələrimiz çoxdur. Bunlardan ən vacib təşəbbüslərimizdən biri Azərbaycanın dahi şairlərindən birinin büstünün burada qoyulması və gələcəkdə Saloniki şəhəri ilə Azərbaycanın Gəncə və yaxud da Sumqayıt şəhərləri arasında dostluq münasibəti yaratmaqdır.

-Ümumiyyətlə, cəmiyyət olaraq iki ölkə arasındakı mövcud əlaqələr, dostluq münasibətlərindən razısınızmı?


-Bildiyimiz kimi Azərbaycan-Yunanıstan əməkdaşlığı çoxşaxəli xarakter daşıyır. İki ölkə arasında əlaqələr 1992-ci ilin aprel ayında qurulub. Yunanıstanın Azərbaycandakı səfirliyi 1993-cü ildən, Azərbaycanın Yunanıstandakı səfirliyi isə 2004-cü ildən fəaliyyətə başlayıb. Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu 2000-ci ildə yaradılıb. Azərbaycan-Yunanıstan əlaqələrinin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır. İki ölkənin əlaqələri strateji əhəmiyyət daşıyır. Azərbaycan-Yunanıstan dövlətləri arasında ikitərəfli münasibətlər bütün sahələrdə-siyasi, iqtisadi, kənd təsərrüfatı, mədəni və s. sahələrdə əlaqələr inkişaf edir.

-Rəşid bəy, Dünya Azərbaycanlılarının II və III qurultayında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bildirmişdi ki, səfirliklərlə diaspor təşkilatları, Azərbaycan cəmiyyətləri arasında münasibətlər daha da inkişaf etməli, koordinasiyalı şəkildə fəaliyyət göstərilməlidir. Bu mənada Yunanıstandakı Azərbaycan səfirliyi ilə əlaqələriniz hansı səviyyədədir və cəmiyyətinizin keçirdiyi tədbirlərə səfirlik tərəfindən dəstək göstərilirmi?

-’’QALA’’ Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Yunanıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən ilk və yeganə diaspor təşkilatıdır. “QALA” Cəmiyyəti olaraq, Cəmiyyətin məqsədlərinə uyğun şəkildə Yunanıstanda Azərbaycan mədəniyyəti, tarixi və Heydər Əliyev kursunun təbliği ilə əlaqədar xeyli tədbirlər həyata keçirib, təqdimatlar reallaşdırıb, yerli festivallarda Azərbaycan stendi ilə çıxış edib, Azərbaycan və azərbaycançılıq ideyalarını tərənnüm etməkdən hər zaman qürür hissi duymuşuq və Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyi ilə Azərbaycan dövlətinin maraqlarına xidmət istiqamətində tərəfdaşlıqlar qurmuşuq. Səfirliyimizin hər zaman mənəvi dəstəyini hiss edirik və sizin qəzetiniz vasitəsilə Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinə də təşəkkürümüzü bildiririk.

-Yunansıtanda təxminən nə qədər azərbaycanlı yaşayır və onlarla iş hansı səviyyədə qurulur?

-Yunanıstanda təqribən 400-500 nəfər azərbaycanlı yaşayır. Onların əksəriyyəti uzun illər burada məskunlaşdıqlarına görə artıq Yunanıstan vətəndaşlığı əldə edib. Ona görə də rəsmi qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı nisbətən azdır. Amma heç bir həmvətənimiz öz milliyətini danmır. Onu da mütləq şəkildə qeyd etməliyəm ki, Yunanıstan azərbaycanlıları arasında yetərincə milli birlik var.

-Məlumdur ki, bu günlər bütün dünya koronavirus pandemiyası ilə üz-üzədir və ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız sərhədlərin, hava uçuşlarının ləğvi səbəbindən Vətənə dönmək üçün müyyən çətinliklərlə qarşılaşdılar. Yunanıstanda yaşayan azərbaycanlılar, yaxud orada təhsil alan tələbələrimiz arasında da belə bir hal yaşandımı və cəmiyyyət olaraq onlara hansısa köməklik göstərə bildinizmi?

-Hamımıza məlum olduğu kimi COVİD-19 koronavirus pandemiyası dünyada geniş vüsət alıb. Təəssüf ki, bu bəla Yunanıstandan da yan keçməyib. Qısa da olsa məlumat vermək istərdim ki, Yunanıstanda yaşayan soydaşlarımızın sağlamlıq durumları normal və qənaətbəxşdir, mütəmadi olaraq hər biri ilə əlaqə saxlayırıq. Afina şəhərində yaşayan və hazırda burada olan soydaşlarımıza hər hansı problemlə bağlı Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinin qaynar xətt xidməti, eləcə də Saloniki şəhərində “QALA” Cəmiyyətinin qaynar xətti vasitəsi ilə əlaqə saxlaması rica olunur: Fürsətdən istifadə edib qaynar xətt nömrələrimizi də bir daha diqqətə çatdırıram.

Afina şəhəri və ətraf regionlar üçün qaynar xətt +306948259093

Saloniki şəhəri və ətraf regionlar üçün qaynar xətt +306996942726

-Son olaraq bilmək istərdim, Azərbaycandan kənardan ölkəmiz necə görünür və Azərbaycan, Vətən üçün darıxdığınız anlarda təsəllini nə ilə tapırsınız?

-Vətəndən uzaqlarda yaşasam da hər zaman ürəyim, qəlbim Azərbaycanımızla döyünür. Buradan hər zaman ölkəmlə bağlı bütün hadisələri izləyir, mütəmadi olaraq orada baş verən proseslərdən xəbərdar oluram. Azərbaycana tez-tez gedib-gəlsəm də, içimdəki o torpaq yanğısı soyumur. Daim hiss edirəm ki, ruhumun bir hissəsi Azərbaycandadır və hazırkı həyatımda çatışmayan yeganə şey isə vətənimdir. Həyatda elə anlar olur ki, vətən sənin bir addımlığında olur, amma əl uzadırsan ona çata bilmirsən. Azərbaycanımın hər qarış torpağı mənim üçün cənnətdir, əzizdir. Vətən həsrəti qərib ölkədə cəhənnəmi yaşamaqdır, vətən sevgisi, necə olursa olsun, vətənini cənnət bilməkdir, insanları necə olursa olsun, onları ən yaxşı bilməkdir. Vətən üçün darıxdığım zaman milli musiqimiz saz və muğamı dinləyirəm.
OXŞAR MÖVZULAR