Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda məmur özünü güllələyərək intihar etdi



Newscenter.az.23.04.2020. Lerik rayonunda 43 yaşlı şəxs ov tüfəngi ilə özünü güllələyib.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə zamanı 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub.

Yaralı Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

İntihar edən şəxs ailəli olub və Lerik Rayon İcra Hakimiyyəti aparatında humanitar şöbəsində məsləhətçisi vəzifəsində çalışıb.

İlkin məlumata görə Q.Quliyevin intiharına xeyli miqdarda borclu olması səbəb ola bilər.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Azərbaycanda məmur özünü güllələyərək intihar etdi
Xəbəri paylaş