Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Karantin rejimini pozan şəxs inzibati qaydada həbs edildi



Newscenter.az.23.04.2020. Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Newscenter.az-a DIN-dən bildirilib ki, aprelin 23-də Səbail rayonu Neftçilər prospekti – 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir nəfər şəxs sənədlərini təqdim etməkdən imtina etmiş, səs-küy salmış, həmçinin polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır.

Həmin şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilmişdir. Araşdırmalarla onun Lənkəran rayon sakini Cəmil Əhmədli olması müəyyən edilmişdir.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunmuş və rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati həbs edilmişdir.
Xəbəri paylaş