Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Apfrelin 27-dən bu xidmətlərin fəaliyyətinə icazə verilir-SIYAHI

Apfrelin 27-dən bu xidmətlərin fəaliyyətinə icazə verilir-SIYAHI


Newscenter.az.24.04.2020. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli, 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılıb. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Newscenter.az xəbər verir ki, həmin xidmət sahələri aşağıdakılardır:


● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

● kitab satışı

● qəzet satışı

● dəftərxana mallarının satışı

● çap və surətçıxarma fəaliyyəti

● fotoatelye/fotostudiyalar

● fərdi mənzillərdə təmizlik xidmətləri

● dərzi xidmətləri

● kosmetika və ətriyyat satışı

● geyim satışı

● ayaqqabı və dəri məmulatlarının satışı

● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

● mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri

● kompüter avadanlıqlarının satışı və təmiri

● elektronika və məişət texnikasının satışı

● mebel satışı

● avtomobil satışı

● kimyəvi məhsulların satışı

● gül və bitki məhsullarının satışı

● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

● gübrə və aqrokimyəvi məhsulların satışı
Xəbəri paylaş