Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dini Komitənin kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüblər



Newscenter.az.24.04.2020. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək məqsədi ilə könüllü olaraq bu günə qədər 14 334 (on dörd min üç yüz otuz dörd) manat həcmində pul məbləğini Fonda köçürüblər.

Bu barədə məlumat Newscenter.az-a Dini Komitədən verilib.

Mehman
Xəbəri paylaş