Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah məşqi keçirilib - VİDEO



Newscenter.az.24.04.2020. “Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissə qərargahları cəlb edilməklə ikipilləli birgə komanda-qərargah məşqi keçirilib.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, komanda-qərargah məşqində qərargah zabitlərinin vəzifə borclarını praktiki icra etməsinin, zabitlər arasında qarşılıqlı əvəzetmənin və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşmasının yoxlanılması məqsədi qarşıya qoyulub.

Müasir texniki vasitələr üzərindən sərəncamların çatdırılması, idarəetmənin müvəqqəti olaraq bir məntəqədən digərinə ötürülməsi və hərtərəfli təminatın təşkili üzrə qərargahların fəaliyyəti məşq etdirilib.
Xəbəri paylaş